Oktyabrın 1-də Milli Məclisdə hakimliyə namizədlərlə görüş keçirilib.
Görüşdə çıxış edən Milli Məclisinin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli hakim kadrların yüksək nəzəri bilik və peşə hazırlığından söz açıb. O, Azərbaycanda həyata keçirilən məhkəmə-hüquq islahatlarına toxunaraq hakimlərin fəaliyyətində qanunçuluğa, insan hüquqlarının qorunmasına, ədalət mühakiməsinin səmərəliliyinin artırılmasına dönmədən əməl olunması ilə bağlı düşüncələrini söyləyib.
Görüşdə Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvləri - Məhkəmə-Hüquq Şurasının üzvü Nizami Səfərov, Erkin Qədirli, Kamal Cəfərov çıxış ediblər.
Söhbət məhkəmə sisteminin inkişafı, məhkəmə qərarlarının təkmilləşdirilməsi, onların ədalətin təminində və hüquq sistemindəki rolu barədə fikir mübadiləsi ilə davam etdirilib.
XQ