Azərbaycan və İordaniya şəhərsalma sahəsində birgə layihələri müzakirə edib

post-img

Azərbaycanın İordaniyadakı səfiri Şahin Abdullayev və Böyük Əmman Bələdiyyəsinin meri Yusif əş-Şavarba görüş zamanı şəhər idarəçiliyi və şəhərsalma sahəsində əməkdaşlıq imkanlarını müzakirə ediblər.

XQ xəbər verir ki, bu barədə Azərbaycanın İordaniyadakı səfirliyi "X" sosial şəbəkəsində məlumat yayıb.

"Görüş zamanı tərəflər Azərbaycanla İordaniya arasında şəhərsalma və şəhər idarəçiliyi sahəsində əməkdaşlıq perspektivlərini, eləcə də birgə layihələrin icrasını müzakirə ediblər", - məlumatda bildirilib.

Sosial həyat