Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov Naftalan Şəhər Heydər Əliyev Mərkəzində Naftalan və Gəncə şəhərləri, Goranboy, Tərtər və Göygöl rayonlarından olan vətəndaşlarla görüşüb.
Komitənin müvafiq strukturlarının rəhbərlərinin iştirakı ilə keçirilən görüşdə Naftalan və Gəncə şəhərləri, Goranboy, Tərtər və Göygöl rayonlarının sakinlərinin müraciətləri dinlənilib. Vətəndaşların müraciətləri əsasən işə qəbul və digər gömrük məsələləri ilə bağlı olub.
Görüş zamanı qaldırılan məsələlərin bir qismi yerindəcə həllini tapıb, araşdırılması tələb olunan bəzi müraciətlərlə bağlı müvafiq tədbirlər görülməsi üçün aidiyyəti strukturların rəhbərlərinə tapşırıqlar verilib.
XQ