Azərbaycanın Baş prokuroru Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Braziliyaya rəsmi səfərdə olub.
Braziliyanın Baş prokuroru Paulo Qonet ilə keçirilmiş görüşdə ölkələrimiz arasında yüksək səviyyəli münasibətlər, hüquq-mühafizə orqanları arasında əməkdaşlığın möhkəmləndirilməsi, cinayətkarlıqla mübarizə, ətraf mühitin mühafizəsi və digər məsələlər müzakirə olunub. İspaniya Krallığının Baş prokuroru Alvaro Qarsia Ortiz ilə keçirilmiş görüşdə də cinayətkarlıqla mübarizə, ətraf mühitin mühafizəsi, iqlim cinayətlərinə qarşı birgə fəaliyyətin gücləndirilməsi məsələləru müzakirə edilib. Portuqaliyanın Baş prokuroru Amadeu Quera ilə keçirilmiş görüşdə isə Baş prokuror Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən genişmiqyaslı islahatlar nəticəsində ölkədə korrupsiyaya qarşı sistemli mübarizənin aparıldığını qeyd edib.
Səfər çərçivəsində Çin, Rusiya, Paraqvay və digər ölkələrin nümayəndə heyətləri ilə də görüşlər keçirilib.
XQ

