Mərkəzi Bankın Xızıda səyyar görüşü

post-img

Maliyyə xidmətləri sahəsində vətəndaşların hüquqlarının qorunması, habelə onlara göstərilən xidmət səviyyəsinin yüksəldilməsi istiqamətində Azərbaycan Mərkəzi Bankı tərəfindən görülən mütəmadi tədbirlərin davamı olaraq Xızı rayonunda vətəndaşların səyyar görüşü keçirilib.

Vətəndaşların müraciətləri əsasən kredit istəyi və kredit müqaviləsi üzrə qoyulmuş öhdəliklərə güzəştlərin tətbiqi, fəaliyyəti dayandırılmış filialın yenidən bərpası ilə bağlı təklif və sorğular ilə bağlı olub. Görüş zamanı Mərkəzi Bankın nümayəndələri tərəfindən vətəndaşların müraciətlərinə fərdi qaydada baxılıb və qanunvericiliyə uyğun atıla biləcək addımlar onlara izah olunub.

XQ

Son xəbərlər