Ölkəmizdə səfərdə olan Rusiya Federasiyasının Həştərxan vilayətinin qubernatoru İqor Babuşkinin başçılıq etdiyi nümayəndə heyəti dekabrın 16-da Fəxri xiyabanı ziyarət edib.
Nümayəndə heyəti əvvəlcə xalqımızın Ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla anıb, məzarı önünə tər çiçəklər düzüb.
Görkəmli oftalmoloq-alim akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad edilib, məzarı üzərinə tər güllər qoyulub.
***
Həmin gün İqor Babuşkinin başçılıq etdiyi nümayəndə heyəti Bakıda “Qardaşlıq Məzarlığı” Əbədi Xatirə Kompleksini ziyarət edib.
Nümayəndə heyətinin üzvləri burada İkinci Dünya müharibəsində faşizmə qarşı mübarizədə həlak olmuş qəhrəmanların xatirəsini dərin ehtiramla anıb, kompleksin önünə gül dəstələri qoyub.
Sonra qonaqlar Sovet İttifaqı Qəhrəmanı Rixard Zorgenin abidəsini ziyarət ediblər. Abidənin önünə gül dəstələri düzülüb, görkəmli kəşfiyyatçının xatirəsi ehtiramla anılıb.
XQ


