Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında İsrail Ümumi Əmək Federasiyasının nümayəndəsi Svetlana Alexandrova ilə görüş keçirilib.
Söhbət zamanı Azərbaycan həmkarlar ittifaqının işçilərin əmək və sosial-iqtisadi hüquqlarının qorunması, layiqli iş şəraitinin yaradılması, sosial tərəfdaşlıq mexanizmlərinin təkmilləşdirilməsi istiqamətində gördüyü işlərdən danışılıb və həyata keçirilən sosial layihələr barədə məlumat verilib.
Svetlana Alexandrova ölkəsində əmək hüquqlarının müdafiəsi sahəsində atılan addımlar, ittifaq üzvlərinin müalicəsi və istirahəti üçün yaradılmış şərait, eləcə də işçi hüquqları ilə bağlı qanunvericilik aktları haqqında danışıb. Qonaq Azərbaycan həmkarlar ittifaqları sistemində son dövrlərdə həyata keçirilən islahatları və tətbiq olunan yenilikləri yüksək qiymətləndirib.
Görüşdə belə qarşılıqlı səfərlərin və təcrübə mübadiləsinin əhəmiyyəti vurğulanıb, AHİK ilə İsrail Ümumi Əmək Federasiyası arasında əlaqələrin inkişaf istiqamətləri barədə fikir mübadiləsi aparılıb.
Q.YUSİFOĞLU
XQ

