Yeni Azərbaycan Partiyası (YAP) Nəsimi rayon təşkilatı növbəti ərazi partiya təşkilatının hesabat-seçki yığıncağı keçirilib.
Yeni Azərbaycan Partiyası (YAP) Nəsimi rayon təşkilatı Ceyhun Hacıbəyli küçəsi 41 ünvanı (151 № orta məktəb) üzrə hesabat-seçki yığıcağı keçirilib.
Hesabat-seçki yığıncağında çıxış edən YAP Nəsimi rayon təşkilatının sədr müavini Abbas Pənahov bildirib ki, Yeni Azərbaycan Partiyası o vaxtkı mövcud vəziyyətdə Azərbaycan xalqının mənafelərinə xidmət etmək və ölkəmizin qarşısında duran bütün məsələlərin həlli üçün zamanın tələblərinə uyğun olaraq zərurətdən yaranıb.
Ceyhun Hacıbəyli küçəsi 41 ünvanı üzrə 151 № orta məktəbin direktor əvəzi Salihə Məmmədova qeyd edib ki, Yeni Azərbaycan Partiyasının xarici əlaqələri çox genişdir və bu əlaqələr gündən-günə genişlənir: “Eyni zamanda, ölkə daxilində mövqelər çox möhkəmdir. YAP demək olar ki, cəmiyyətimizin bütün təbəqələrini, bütün yaş qruplarını birləşdirir. Yeni Azərbaycan Partiyası, sözün əsl mənasında, ümumxalq partiyasıdır”.
Çıxışlardan sonra səsvermə keçirilib və Ceyhun Hacıbəyli küçəsi 41 ünvanı (151 № orta məktəb) ingilis dili müəlliməsi Mənsimova Xuraman İsmayıl qızı yekdilliklə Ceyhun Hacıbəyli küçəsi 41 ünvanı üzrə ərazi partiya təşkilatının sədri seçilib.
Ərazi partiya təşkilatının yeni seçilmiş sədri göstərilmiş etimada görə təşəkkürünü bildirib.




