BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində “Sürət və miqyasda yaşıl əlverişli mənzil - dekarbonizasiya olunmuş, davamlı və yerli mənbəli evlərin çatdırılması” mövzusunda sessiya keçirilib.
Avropa Yenidənqurma və İnkişaf Bankının əsas enerji səmərəliliyi üzrə mütəxəssisi Boyan Boqdanoviçin moderatorluğu ilə aparılan müzakirələrdə yaşıl əlverişli, davamlı və yerli mənbəli evlərin qurulmasının vacibliyi vurğulanıb.
Nayrobi Şəhər İcraiyyə Komitəsinin üzvü Maureen Aqnes Nieri bütövlükdə Afrika qitəsini formalaşdıran demoqrafik dinamika fonunda həm əlverişli, həm də yaşıl olan mənzillərin təmin edilməsinin vacibliyini bildirib. O, Nayrobi şəhərinin bu mövzulara necə yanaşdığı, yerli hökumət olaraq hansı xüsusi problemlərlə üzləşdiyini və şəhərin inkişafına necə reaksiya verdiyi barədə məlumat verib.
Daha sonra çıxış edən BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) davamlı inkişaf eksperti Marko Musolena, Azərbaycan Yaşıl Tikinti Şurasının sədri Fuad Bağırov, Şəhərlərin İqlim Maliyyələşməsi Liderlik Alyansının (CCFLA) direktor müavini Priscilla Negreiros, Serbiyanın Məkan və Şəhərsalma Agentliyinin inkişaf üzrə meneceri Sinisa Trkulya sərfəli mənzil sxemi, enerjiyə qənaət edən binaları təşviq etmək, şəhərləri iqlimə davamlılıq baxımından necə inteqrasiya etmək və bu istiqamətdə investorlarla tərəfdaşlıq barədə fikirlərini bölüşüblər.
XQ

