Çağdaş məskunlaşmada məlumat əlçatanlığı

post-img

Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində təşkil olunan “İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı – Şəhərləri daha yaxşı məlumatlarla gücləndirmək: siyasət və qərar qəbulu üçün əlçatan və tətbiq edilə bilən məlumatlar” adlı sessiyada şəhərlərin dayanıqlı inkişafı, rəqəmsal transformasiya və məlumat əsaslı idarəetmə məsələləri müzakirə olunub.

Sessiyada çıxış edən beynəlxalq ekspertlər, şəhər rəhbərləri və maliyyə institutlarının nümayəndələri müasir dövrdə açıq və etibarlı məlumatların şəhər idarəçiliyində həlledici rol oynadığını bildiriblər.

Azərbaycan Respublikasının Kosmik Agentliyinin Coğrafi İnformasiya Sistemləri (CİS) Mərkəzinin direktoru İsmət Baxışov qeyd edib ki, hazırda əsas məsələ məlumatın mövcudluğu deyil, həmin məlumatlardan düzgün istifadə olunmasıdır.

Türkiyənin Qaziantep şəhərinin bələdiyyə sədri Fatma Şahin çıxışında şəhərlərin dayanıqlılığının artırılması üçün rəqəmsal transformasiya və məlumat əsaslı qərar qəbuletmənin vacibliyini vurğulayıb.

Avropa Kosmik Agentliyinin yaşıl keçid üzrə məlumat tətbiqləri alimi Françeska Elisa Leonelli isə qeyd edib ki, yer müşahidəsi texnologiyalarından istifadə edən şəhərlərin təcrübə mübadiləsi digər şəhərlər üçün mühüm nümunə rolunu oynayır və məlumat əsaslı idarəetmənin genişlənməsinə töhfə verir.

Tom de Qruv bildirib ki, açıq və müqayisə edilə bilən məlumat bazaları fəlakət risklərinin qiymətləndirilməsi və erkən xəbərdarlıq sistemlərinin qurulması baxımından mühüm əhəmiyyət daşıyır. Onun sözlərinə görə, “Global Human Settlement Layer” kimi qlobal məlumat bazaları urbanizasiya və risklərin idarə olunması sahəsində geniş istifadə olunur.

Asiya İnkişaf Bankının Azərbaycan üzrə ölkə direktoru Sunniya Durrani-Camal isə məlumatların düzgün idarə olunmasının şəhər planlaşdırılması və infrastruktur investisiyalarında əsas rol oynadığını diqqətə çatdırıb.

Sessiyada vurğulanıb ki, məlumatların açıq, əlçatan və inteqrasiya olunmuş şəkildə istifadəsi şəhərlərin daha dayanıqlı, təhlükəsiz və inklüziv inkişafına mühüm töhfə verir.

XQ

Son xəbərlər