Sentyabrın 24-də Üzeyir Hacıbəyli XVII Beynəlxalq Musiqi Festivalı çərçivəsində Bakı Musiqi Akademiyasının kiçik zalında Berlin Filarmoniyasının solistlərinin iştirakı ilə ustad dərsi təşkil olunub.
Azərbaycanın Xalq artisti, Bakı Musiqi Akademiyasının beynəlxalq əlaqələr, sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru, professor Yeganə Axundova tədbir iştirakçılarını və əcnəbi musiqiçiləri salamlayıb.
Trio tərkibində çıxış edən tanınmış musiqiçilər – Beata Antikainen (violonçel), Noora Ylonen (fortepiano) və Harry Ourd (skripka) Bakı Musiqi Akademiyasının tələbələri üçün ustad dərsi keçiblər. Dərs zamanı tələbələr ifa bacarıqlarını göstərib, əcnəbi musiqiçilərdən faydalı tövsiyələr alıblar. İfa texnikası, ansambl mədəniyyəti və musiqi interpretasiyası mövzularına xüsusi diqqət yetirilib.
Ustad dərsində Bakı Musiqi Akademiyasının professor-müəllim heyəti və tələbələri iştirak ediblər. İştirakçılar bu görüşün onlar üçün həm nəzəri, həm də praktiki baxımdan böyük əhəmiyyət daşıdığını vurğulayıblar.
XQ