Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Zati-aliləri.
Dost ölkənizin Müstəqillik Gününün ildönümü münasibətilə
Sizə ən səmimi təbriklərimi və xoş arzularımı çatdırmaqdan məmnunluq duyuram.
Bu xoş fürsətdən istifadə edərək, Zati-alinizə uzun ömür, cansağlığı, müvəffəqiyyətlər, Azərbaycan Respublikasına və dost Azərbaycan xalqına davamlı inkişaf və rifah arzulayıram.
Dərin hörmətlə,
Şeyx Sabah Xalid əl-Hamad əl-Mübarək əl-Sabah
Küveyt Dövlətinin Vəliəhdi