Prezident İlham Əliyev portuqaliyalı həmkarını təbrik edib

post-img

Azərbaycan Prezidenti İlham Əliyev Portuqaliyanın milli bayramı münasibətilə bu ölkənin Prezidenti Marselu Rebelu de Souzaya məktub ünvanlayıb.

AZƏRTAC xəbər verir ki, məktubunda portuqaliyalı həmkarına və bütün Portuqaliya xalqına öz adından və Azərbaycan xalqı adından səmimi təbriklərini bildirən dövlətimizin başçısı əlavə edib: “İnanıram ki, Azərbaycan ilə Portuqaliya arasında münasibətlərin xalqlarımızın mənafelərinə uyğun olaraq dostluq məcrasında inkişafı, qarşılıqlı faydalı əməkdaşlığımızın davam etdirilməsi yolunda bundan sonra da birgə səylər göstərəcəyik”.

Məktublar