Hörmətli Mehriban xanım,
Sizi böyük sülh qələbəsi münasibətilə ürəkdən təbrik edirəm. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev sülh bəyannaməsini imzalayaraq müstəqil Azərbaycanın tarixinə növbəti parlaq səhifə yazdı.
Bu qələbənin kökündə dərin intellekt, düşünülmüş siyasət, uzaqgörənlik, incə diplomatiya və Azərbaycana olan məhəbbət dayanır. Hələ 2003-cü ildə cənab İlham Əliyev Azərbaycanın Prezidenti seçiləndə demişdi ki, ölkəmizin bir qarış torpağı müzakirə predmeti ola bilməz. İllər göstərdi ki, Prezidentimiz verdiyi sözlərə hər zaman sadiq qalır və dünyada praqmatik lider kimi qəbul olunur.
Azərbaycan və Ermənistan arasında sülh sadəcə iki ölkə üçün deyildir, bu sülh yaşadığımız böyük bölgəyə inkişaf gətirəcəkdir. Baxmayaraq ki, Azərbaycan dünyanın siyasi xəritəsində kiçik dövlətdir, aparılan uğurlu siyasət nəticəsində ölkəmiz dünyanın siyasi xəritəsində özünəməxsus yer tutur. Bu siyasətin həyata keçirilməsində sözsüz ki, Sizin böyük zəhmətiniz var. Sizin Azərbaycanın mənəvi və mədəni dəyərlərinin dünyada tanıdılmasında müstəsna xidmətləriniz var və bu gün də öz fəaliyyətinizi uğurla davam etdirirsiniz. Sizin fəaliyyətinizdə dərin intellekt, yüksək mədəniyyət və Azərbaycan xanımına məxsus olan incə duyğular özünü göstərməkdədir.
Sizi bir daha bu böyük qələbə münasibətilə ürəkdən təbrik edir, fəaliyyətinizdə yeni-yeni uğurlar, cansağlığı və ailə səadəti arzulayıram.
Dərin hörmətlə,
Asəf Hacıyev
Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının
Parlament Məclisinin Baş katibi