Niderland Krallığında fəaliyyət göstərən Avro-Atlantik Azərbaycanlıları Tərəfdaşlıq Şurasının baş katibi Sahil Qasımovdan

post-img

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Möhtərəm cənab Prezident.

Sizi doğum gününüz münasibətilə Avro-Atlantik Azərbaycanlıları Tərəfdaşlıq Şurası adından səmimi-qəlbdən təbrik edir, Zati-alinizə ən xoş arzularımızı çatdırıram.

Sizin qətiyyətiniz, möhkəm siyasi iradəniz, uzaqgörən diplomatiyanız və prinsipial mövqeyiniz nəticəsində Azərbaycanın milli maraqları beynəlxalq müstəvidə ardıcıl şəkildə və uğurla təmin olunur. Zəngəzur dəhlizi ilə bağlı strateji qərarların qəbul edilməsi, ATƏT-in Minsk qrupunun fəaliyyətinə son qoyulması və 907-ci düzəlişin tətbiqinin dayandırılması ölkəmizin ədalətli mövqeyinin möhkəmlənməsinə mühüm töhfədir. Bu uğurlar dünya azərbaycanlıları üçün böyük qürur mənbəyidir.

Cənab Prezident, Sizi, eyni zamanda, qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə də təbrik edirəm.

Avro-Atlantik Azərbaycanlıları Tərəfdaşlıq Şurasının üzvləri Sizin rəhbərliyinizlə Azərbaycanın daha böyük nailiyyətlər əldə edəcəyinə dərin inam ifadə edir və hər zaman dövlətimizin yanında olduqlarını bildirirlər.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik və ali dövləti fəaliyyətinizdə davamlı uğurlar arzulayıram.

Dərin hörmətlə,

 

Sahil Qasımov

Niderland Krallığında fəaliyyət göstərən Avro-Atlantik Azərbaycanlıları

Tərəfdaşlıq Şurasının baş katibi

Məktublar