Kanadanın Saskaçevan əyalətində fəaliyyət göstərən Azərbaycan Birliyinin rəhbəri Ruhid Mirzəyevdən

post-img

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli cənab Prezident, müzəffər Ali Baş Komandan.

Kanadanın Saskaçevan əyalətində yaşayan azərbaycanlılar adından Sizə doğum gününüz münasibətilə səmimi təbriklərimizi çatdırır, dərin hörmət və ehtiramımızı bildiririk.

Sizin qətiyyətli və uzaqgörən rəhbərliyinizlə Azərbaycan böyük nailiyyətlərə, tarixi Zəfərə imza atmış, ölkəmizin suverenliyi tam bərpa edilmiş və beynəlxalq aləmdə güclü, nüfuzlu bir dövlət kimi mövqeyi möhkəmlənmişdir.

2025-ci ilin Azərbaycanda “Konstitusiya və Suverenlik İli” kimi qeyd olunması dövlətçiliyimizin möhkəmliyinin və milli iradəmizin təntənəsidir. Biz, Vətəndən uzaqda yaşayan azərbaycanlılar bundan böyük qürur və sevinc hissi duyuruq.

Sizin həyata keçirdiyiniz siyasət dünya azərbaycanlıları arasında birlik və həmrəylik hissini daha da gücləndirmişdir.

Gənclərin milli kimliyinin, ana dilinin və Vətən sevgisinin qorunması Saskaçevan əyalətində fəaliyyət göstərən icmamızın əsas prioritetlərindəndir.

Bu istiqamətdə gördüyümüz işlərdə Sizin müəyyən etdiyiniz dövlətçilik yolu bizim üçün əsas dayaqdır.

Sizi qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə də səmimi-qəlbdən təbrik edir, Zati-alinizə möhkəm cansağlığı, tükənməz enerji və ölkəmizi daha da böyük uğurlara aparan fəaliyyətinizdə davamlı nailiyyətlər arzulayırıq.

Dərin hörmətlə,

 

Ruhid Mirzəyev

Kanadanın Saskaçevan əyalətində fəaliyyət göstərən

Azərbaycan Birliyinin rəhbəri

Məktublar