Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

post-img

№ 255 Bakı şəhəri, 9 sentyabr 2025-ci il

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 1 dekabr tarixli 229 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının xarici ölkədəki diplomatik nümayəndəliyinin tabeliyində olan mədəniyyət mərkəzi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 1 dekabr tarixli 229 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010, № 12, maddə 1111 (Cild I); 2025, № 4 (II kitab), maddə 415) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının xarici ölkədəki diplomatik nümayəndəliyinin tabeliyində olan mədəniyyət mərkəzi haqqında Əsasnamə”də aşağıdakı dəyişikliklər edilsin:

1. I hissə üzrə:

1.1. 1.1-ci və 1.2-ci bəndlər aşağıdakı redaksiyada verilsin:

“1.1. Azərbaycan Respublikasının xarici dövlətdəki diplomatik nümayəndəliyinin tabeliyində olan Mədəniyyət Mərkəzi (bundan sonra - Mərkəz) Azərbaycanın mədəniyyəti, tarixi, sosial, iqtisadi inkişafı, elmi-texniki və turizm potensialının təbliğini genişləndirmək məqsədilə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin və Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin birgə təklifi və Azərbaycan Respublikası Nazirlər Kabinetinin vəsatəti əsasında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə yaradılır.

1.2. Mərkəz öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının və qəbul edən dövlətin tərəfdar çıxdıqları müvafiq beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, bu Əsasnaməni, Azərbaycan Respublikası Nazirlər Kabinetinin digər qərarlarını, həmçinin sərəncamlarını, Azərbaycan Respublikasının Hökuməti ilə qəbul edən dövlətin hökuməti arasında diplomatik nümayəndəliyin tabeliyində Mərkəzin yaradılması və fəaliyyətinə dair bağlanılmış sazişi, habelə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin və Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin əmr, sərəncam və göstərişlərini rəhbər tutur və qəbul edən dövlətin qanunvericiliyini nəzərə alır.”;

1.2. 1.6-cı bənddə “mərkəzin” sözü “Mərkəzin” sözü ilə əvəz edilsin.

2. II hissə üzrə:

2.1. adında “vəzifələri” sözü “fəaliyyət istiqamətləri” sözləri ilə əvəz edilsin;

2.2. 2.1-ci bənd aşağıdakı redaksiyada verilsin:

“2.1. Mərkəzin fəaliyyət istiqamətləri aşağıdakılardır:”;

2.3. 2.1.1-ci yarımbənddə “Azərbaycan Respublikasının daxili və xarici siyasəti,” sözləri “Azərbaycanın” sözü ilə əvəz edilsin;

2.4. 2.1.4-cü yarımbənddə “tələbələri və məzunları” sözləri “vətəndaşları” sözü ilə əvəz edilsin;

2.5. 2.1.5-ci yarımbəndin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 2.1.6-cı yarımbənd əlavə edilsin:

“2.1.6. normativ hüquqi aktlarla müəyyən edilmiş digər istiqamətlərdə fəaliyyət göstərir.”.

3. III hissə üzrə:

3.1. adında “funksiyaları” sözü “vəzifələri” sözü ilə əvəz edilsin;

3.2. 3.1-ci bənd üzrə:

3.2.1. birinci abzasda “vəzifələrə uyğun olaraq, öz səlahiyyətləri daxilində aşağıdakı funksiyaları” sözləri “fəaliyyət istiqamətlərinə uyğun olaraq aşağıdakı vəzifələri” sözləri ilə əvəz edilsin;

3.2.2. 3.1.1-ci yarımbənddə “Azərbaycan Respublikasının daxili və xarici siyasəti,” sözləri “Azərbaycanın” sözü ilə əvəz edilsin;

3.2.3. 3.1.6-cı yarımbənddə “tələbə və məzunlarının” sözləri “vətəndaşlarının” sözü ilə əvəz edilsin;

3.2.4. 3.1.7-ci yarımbənddən “ali” sözü çıxarılsın və həmin yarımbənddə “Mədəniyyət Mərkəzində” sözləri “Mərkəzdə” sözü ilə əvəz edilsin;

3.2.5. 3.1.8-ci yarımbənddə “dostluq, qardaşlıq münasibətlərinin yaradılmasına,” sözləri “mədəni əlaqələrin yaradılmasına və” sözləri ilə və həmin yarımbəndin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin;

3.2.6. aşağıdakı məzmunda 3.1.9-cu yarımbənd əlavə edilsin:

“3.1.9. fəaliyyət istiqamətlərinə uyğun olaraq normativ hüquqi aktlarda nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirir.”.

4. 4.1-ci bənd üzrə:

4.1. birinci abzasdan “səlahiyyətləri daxilində” sözləri çıxarılsın;

4.2. 4.1.2-ci yarımbəndə “dövlətlərin” sözündən sonra “qəbul edən dövlətdə olan” sözləri əlavə edilsin;

4.3. 4.1.6-cı yarımbənddə “Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun” sözləri “fəaliyyət istiqamətlərinə uyğun olaraq normativ hüquqi aktlarda nəzərdə tutulmuş” sözləri ilə əvəz edilsin.

5. V hissə üzrə:

5.1. 5.7-ci bəndin ikinci cümləsinə “razılaşdırır” sözündən sonra “və diplomatik nümayəndəliklə əlaqələndirir” sözləri əlavə edilsin, üçüncü cümləsində “səfirə” sözü “diplomatik nümayəndəliyin rəhbərinə” sözləri ilə əvəz edilsin;

5.2. 5.9-cu bənddə “Səfirlik” sözü “diplomatik nümayəndəlik” sözləri ilə əvəz edilsin;

5.3. 5.13-cü bənd üzrə:

5.3.1. birinci cümlədə “Səfirlikdəki” sözü “diplomatik nümayəndəlikdəki” sözləri ilə əvəz edilsin;

5.3.2. ikinci cümlədə “Səfirliyin” sözü “diplomatik nümayəndəliyin” sözləri ilə əvəz edilsin;

5.4. 5.14-cü bənd aşağıdakı redaksiyada verilsin:

“5.14. Mərkəzlərdə aparılan işin həcmi və xüsusiyyətləri nəzərə alınaraq, Mərkəzdə mühasibat uçotunu aparan və maliyyə-təsərrüfat fəaliyyəti ilə bağlı digər vəzifələri yerinə yetirən diplomatik nümayəndəliyin maliyyə məsələləri üzrə attaşelərinə Mərkəz tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 21 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Diplomatik xidmət əməkdaşlarına təminat və kompensasiyaların verilməsi Qaydaları”na uyğun olaraq onların dövlət məvacibindən gəlir vergisi və digər icbari ödənişlər çıxıldıqdan sonra qalan vəsaitə fərqləndirici əmsal tətbiq edilməklə alınan məbləğin 15 (on beş) faizi həcmində aylıq əlavə (müvafiq valyutada) ödənilir.”.

Əli ƏSƏDOV,
Azərbaycan Respublikasının Baş naziri

Nazirlər kabinetinin qərarları