№ 254 Bakı şəhəri, 9 sentyabr 2025-ci il
Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin yaradılması və bununla əlaqədar bəzi məsələlərin həll edilməsi haqqında” 2024-cü il 7 noyabr tarixli 226 nömrəli və “Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqi (AZCON)” publik hüquqi şəxsin Nizamnaməsinin təsdiqi və bununla əlaqədar bəzi məsələlərin tənzimlənməsi haqqında” 2025-ci il 15 yanvar tarixli 286 nömrəli fərmanlarının icrasının təmin edilməsi ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin yaradılması və bununla əlaqədar bəzi məsələlərin həll edilməsi haqqında” 2024-cü il 7 noyabr tarixli 226 nömrəli Fərmanının 6.3-cü bəndinin və “Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqi (AZCON)” publik hüquqi şəxsin Nizamnaməsinin təsdiqi və bununla əlaqədar bəzi məsələlərin tənzimlənməsi haqqında” 2025-ci il 15 yanvar tarixli 286 nömrəli Fərmanının 4-cü hissəsinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 14 iyul tarixli 136 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, № 7, maddə 669 (Cild I) ilə təsdiq edilmiş “Nizamnamə kapitalında dövlətə məxsus paylar (səhmlər) olan müştərək müəssisələrdə və səhmdar cəmiyyətlərində həmin payların (səhmlərin) idarə olunması Qaydaları”nın 2-ci hissəsinə “təsərrüfat cəmiyyətləri” sözlərindən sonra “və Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqi (AZCON)” publik hüquqi şəxsin idarəetməsinə verilən dövlət müəssisələri, dövlət payı olan təsərrüfat cəmiyyətləri, eləcə də həmin hüquqi şəxslərin təsisçisi və iştirakçısı (iştirak payına uyğun) olduğu hüquqi şəxslər” sözləri əlavə edilsin.
2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 30 dekabr tarixli 534 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 12, maddə 2249 (Cild I); 2024, № 2, maddələr 225, 229; 2025, № 3, maddə 303, № 4 (I kitab), maddə 384) ilə təsdiq edilmiş 1 nömrəli əlavə - “Gəlirlər və xərclər smetaları hazırlanmalı, təsdiq edilməli və icrası üzrə monitorinq aparılmalı olan iri dövlət şirkətlərinin Siyahısı”nın 5-ci hissəsi ləğv edilsin.
3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 12 iyul tarixli 292 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 7 (II kitab), maddə 1626 (Cild I); 2024, № 4, maddə 441) ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”nın 1–3-cü, 7-ci, 8-ci, 17-ci, 23-cü və 24-cü hissələri ləğv edilsin.
4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 15 sentyabr tarixli 350 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022, № 9, maddə 1084 (Cild I); 2024, № 2, maddə 229, № 4, maddələr 448, 469, № 7, maddələr 895, 915, № 8, maddə 996, № 12 (I kitab), maddə 1326 (II kitab), maddə 1428; 2025, № 3, maddələr 273, 294; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2025-ci il 8 iyul tarixli 203 nömrəli Qərarı) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının dövlət orqanları, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslər, dövlət adından yaradılan publik hüquqi şəxslər və komissiyalar üçün müəyyən edilmiş vahid indekslərin Siyahısı”nda aşağıdakı dəyişikliklər edilsin:
4.1. 13-cü hissənin ikinci–dördüncü və on səkkizinci–iyirminci abzasları ləğv edilsin;
4.2. 14-cü hissəyə aşağıdakı məzmunda altıncı abzas əlavə edilsin:
14-5/ “Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqi (AZCON)” publik hüquqi şəxs
Əli ƏSƏDOV,
Azərbaycan Respublikasının Baş naziri