Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

post-img

№ 42 9 fevral 2026-cı il, Bakı şəhəri

Ağdaş rayonu Kotanarx kənd tam orta ümumtəhsil məktəbinə Azərbaycanın Xalq şairi Fikrət Qocanın adının verilməsi haqqında

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Azərbaycanın Xalq şairi Fikrət Qocanın xatirəsinin əbədiləşdirilməsi məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. Ağdaş rayonu Kotanarx kənd tam orta ümumtəhsil məktəbinə Azərbaycanın Xalq şairi Fikrət Qocanın adı verilsin.

2. Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi və Ağdaş Rayon İcra Hakimiyyəti bu Qərardan irəli gələn məsələləri həll etsinlər.

Əli ƏSƏDOV,
Azərbaycan Respublikasının Baş naziri

Nazirlər kabinetinin qərarları