Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

post-img

№ 41 9 fevral 2026-cı il, Bakı şəhəri

Qusar şəhər Uşaq İncəsənət Məktəbinə Azərbaycanın Xalq artisti Elza İbrahimovanın adının verilməsi haqqında

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Azərbaycanın Xalq artisti Elza İbrahimovanın xatirəsinin əbədiləşdirilməsi məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. Qusar şəhər Uşaq İncəsənət Məktəbinə Azərbaycanın Xalq artisti Elza İbrahimovanın adı verilsin.

2. Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Qusar Rayon İcra Hakimiyyəti bu Qərardan irəli gələn məsələləri həll etsinlər.

Əli ƏSƏDOV,
Azərbaycan Respublikasının Baş naziri

Nazirlər kabinetinin qərarları