“Azərbaycan Respublikası Silahlı Qüvvələri İntizam nizamnaməsinin təsdiq edilməsi haqqında”, “Azərbaycan Respublikası Silahlı Qüvvələri Qarnizon və qarovul xidmətləri nizamnaməsinin təsdiq edilməsi haqqında”, “Azərbaycan Respublikası Silahlı Qüvvələri Daxili xidmət nizamnaməsinin təsdiq edilməsi haqqında”, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin təsdiq edilməsi barədə” və “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 18-ci bəndini rəhbər tutaraq qərara alır:
Maddə 1. Azərbaycan Respublikasının 1994-cü il 23 sentyabr tarixli 885 nömrəli Qanunu (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1995, № 5-6 (əlavə), maddə 93; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Cild I) ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin İntizam nizamnaməsi”ndə aşağıdakı dəyişikliklər edilsin:
1.1. 15-ci maddənin ikinci hissəsinin ikinci abzasına “matroslar,” sözündən sonra “kursantlar və” sözləri əlavə edilsin;
1.2. 16-cı maddədə “ali məktəblərdə” sözləri “qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrində” sözləri ilə əvəz edilsin;
1.3. II fəslin “ƏSGƏRLƏR, MATROSLAR VƏ ÇAVUŞLAR ÜÇÜN TƏTBİQ EDİLƏN HƏVƏSLƏNDİRMƏLƏR” və “KOMANDİRLƏRİN (RƏİSLƏRİN) TABELİKLƏRİNDƏ OLAN ƏSGƏRLƏR, MATROSLAR VƏ ÇAVUŞLAR ÜÇÜN HƏVƏSLƏNDİRMƏ TƏTBİQ ETMƏ HÜQUQLARI” hissələrinin adlarına “MATROSLAR” sözündən sonra “, KURSANTLAR” sözü əlavə edilsin;
1.4. 22-ci maddənin birinci hissəsinin “i” bəndindən “(ali hərbi məktəblərin kursantlarından başqa)” sözləri çıxarılsın;
1.5. aşağıdakı məzmunda 23-1-ci və 25-1-ci maddələr əlavə edilsin:
“23-1. Hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına bu Nizamnamənin 22-ci maddəsində (“v”, “e”, “ə” və “i” bəndləri istisna olmaqla) nəzərdə tutulan həvəsləndirmələr tətbiq edilir.”;
“25-1. Hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinin taqım (qrup), bölük və tabor komandirləri kursantlara bu Nizamnamənin 22-ci maddəsinin “a” və “b” bəndlərində nəzərdə tutulan həvəsləndirmələri tətbiq etmək hüququna malikdirlər.”;
1.6. 27-ci maddəyə “komandirləri,” sözündən sonra “hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinin rektorları (rəisləri),” sözləri, “matroslar” sözündən sonra “, kursantlar” sözü əlavə edilsin;
1.7. 32-ci maddədə “Ali hərbi məktəblərdə 31-ci maddədə” sözləri “Hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrində bu Nizamnamənin 23-1-ci maddəsində” sözləri ilə əvəz edilsin;
1.8. 38-ci maddəyə “matroslar” sözündən sonra “, kursantlar” sözü əlavə edilsin;
1.9. 39-cu maddənin birinci hissəsinin ikinci abzasında “tədris hissələrinin və hərbi məktəblərin” sözləri “hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinin” sözləri ilə əvəz edilsin;
1.10. III fəslin “ƏSGƏRLƏRƏ, MATROSLARA VƏ ÇAVUŞLARA VERİLƏN İNTİZAM CƏZALARI” və “KOMANDİRLƏRİN (RƏİSLƏRİN) TABELİKLƏRİNDƏ OLAN ƏSGƏRLƏRƏ, MATROSLARA VƏ ÇAVUŞLARA İNTİZAM CƏZALARI VERMƏ HÜQUQLARI” hissələrinin adlarına “MATROSLARA” sözündən sonra “, KURSANTLARA” sözü əlavə edilsin;
1.11. 44-cü maddənin birinci hissəsinin ikinci abzasında “və matrosların” sözləri “, matrosların və kursantların” sözləri ilə əvəz edilsin;
1.12. aşağıdakı məzmunda 48-1-ci və 57-1-ci maddələr əlavə edilsin:
“48-1. Kursantlara:
a) məzəmmət;
b) töhmət;
v) şiddətli töhmət;
q) hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisəsindən kənara növbəti buraxılmadan məhrumetmə (qadın hərbi qulluqçular istisna olmaqla);
ğ) əlaçı döş nişanından məhrum etmə cəzası verilə bilər.”;
“57-1. Hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinin taqım (qrup), bölük və tabor komandirləri kursantlara bu Nizamnamənin 48-1-ci maddəsinin “a” və “b” bəndlərində nəzərdə tutulan intizam cəzalarını tətbiq etmək hüququna malikdirlər.”;
1.13. 60-cı maddəyə “komandirləri,” sözündən sonra “hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinin rektorları (rəisləri),” sözləri, “matroslar” sözündən sonra “, kursantlar” sözü əlavə edilsin;
1.14. 61-ci maddənin “q” bəndi və 62-ci maddə ləğv edilsin;
1.15. 63-cü maddə aşağıdakı redaksiyada verilsin:
“63. Taqım (qrup), bölük (4-cü dərəcəli gəmi) və tabor (3-cü dərəcəli gəmi) komandirlərinin məzəmmət, töhmət və şiddətli töhmət elan etmək hüquqları vardır.
Əlahiddə taborların (3-cü dərəcəli gəmilər divizionu) komandirlərinin, həmçinin bu Nizamnamənin 12-ci maddəsinə əsasən tabor (3-cü dərəcəli gəmi) komandirinin intizam səlahiyyətinə malik olan əlahiddə hissə komandirlərinin (rəislərinin) bunlardan əlavə, gizir və miçmanlara öz vəzifələrinə tam uyğun olmamaları barədə xəbərdarlıq etmək hüquqları vardır.”;
1.16. 64-cü, 65-ci, 71 – 73-cü, 74-cü (birinci halda) və 79-cu (birinci halda) maddələrin “b” bəndləri, 67-ci maddənin “q” bəndi və 68-ci maddə ləğv edilsin;
1.17. 83-cü maddənin birinci və ikinci hissələri aşağıdakı redaksiyada verilsin:
“Rütbəsi böyük olanın yanında kiçik rütbəli hərbi qulluqçu hərbi intizamı, ictimai asayişi, yaxud əsgəri salamvermə qaydasını pozarsa, böyük rütbəli hərbi qulluqçu onu məzəmmət, bu, istənilən nəticəni vermədikdə isə onu (gizirlər, miçmanlar və zabitlər, eləcə də hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinin kursantları istisna olmaqla) həbs edə bilər.
Belə hallarda əsgərləri, matrosları və çavuşları generalların, admiralların və bütün zabitlərin həbs etmək hüquqları vardır.”;
1.18. 98-ci maddənin birinci hissəsinin ikinci abzasında “və matroslara” sözləri “, matros və kursantlara” sözləri ilə əvəz edilsin;
1.19. 99-cu maddədən “, gizirlərin, miçmanların və zabitlərin” sözləri çıxarılsın;
1.20. 100-cü maddənin birinci hissəsinin “a” bəndinə “matroslara” sözündən sonra “, kursantlara” sözü əlavə edilsin;
1.21. 102-ci maddənin üçüncü hissəsinin “a” bəndinə “əsgərlər” sözündən sonra “, kursantlar” sözü əlavə edilsin;
1.22. 104-cü maddənin birinci hissəsinə “matrosların” sözündən sonra “, kursantların” sözü əlavə edilsin;
1.23. həmin Nizamnaməyə 2 saylı əlavə - “HƏRBİ QULLUQÇULARA İNTİZAM CƏZASI KİMİ VERİLMİŞ HƏBSİN İCRASI” üzrə:
1.23.1. 1-ci maddə aşağıdakı redaksiyada verilsin:
“1. Əsgər, matros və çavuşların həbsinin icrası bölük (komanda) baş çavuşuna həvalə edilir. İdarələrdə (müəssisələrdə) hərbi qulluqçunun həbsi həmin cəzanı təyin etmiş rəis və ya idarə (müəssisə) rəisinin göstərişi ilə təyin edilmiş şəxs tərəfindən icra olunur.”;
1.23.2. 2-ci maddənin üçüncü hissəsi ləğv edilsin;
1.23.3. 4-cü maddənin üçüncü hissəsində “İntizam qaydasında həbs olunmuş zabitlər, gizir və miçmanlar, həmçinin müddətindən” sözləri “Müddətindən” sözü ilə əvəz edilsin;
1.23.4. 5-ci maddənin ikinci hissəsi ləğv edilsin.
Maddə 2. Azərbaycan Respublikasının 1994-cü il 23 sentyabr tarixli 886 nömrəli Qanunu (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1995, № 22, maddə 347; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Cild I); 2024, № 5 (I kitab), maddələr 489, 503, № 11, maddə 1183) ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Qarnizon və qarovul xidmətləri nizamnaməsi”ndə aşağıdakı dəyişikliklər edilsin:
2.1. preambulanın ikinci hissəsində “məktəbləri” sözü “qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələri” sözləri ilə əvəz edilsin;
2.2. 1-ci maddənin birinci və ikinci hissələrində “məktəblər və” sözləri “qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələri və digər” sözləri ilə əvəz edilsin;
2.3. 4-cü maddənin beşinci hissəsində “məktəbləri,” sözü “qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələri, digər” sözləri ilə əvəz edilsin;
2.4. 7-ci maddənin beşinci hissəsində “məktəblər” sözü “qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələri” sözləri ilə əvəz edilsin;
2.5. 17-ci maddənin ikinci hissəsində “məktəb və” sözləri “qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinin rektorları (rəisləri) və digər” sözləri ilə əvəz edilsin;
2.6. 27-ci maddə üzrə:
2.6.1. ikinci hissəyə “saxlamaq” sözündən sonra “(zabitlər, gizirlər (miçmanlar) və hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinin kursantları istisna olmaqla)” sözləri əlavə edilsin;
2.6.2. dördüncü hissəyə “hərbi qulluqçunu” sözlərindən sonra “(zabitlər, gizirlər (miçmanlar) və hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinin kursantları istisna olmaqla)” sözləri əlavə edilsin;
2.7. 40-cı maddənin birinci hissəsində “hərbi məktəblərində və idarələrində” sözləri “idarələrində və hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrində” sözləri ilə əvəz edilsin;
2.8. 52-ci maddənin birinci hissəsinin doqquzuncu abzasında “zabitlər, gizirlər (miçmanlar) və çavuşlar, həmçinin” sözləri “çavuşlar və” sözləri ilə əvəz edilsin;
2.9. 64-cü maddənin birinci hissəsində “məktəblərinin və” sözləri “qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinin və digər” sözləri ilə əvəz edilsin;
2.10. 117-ci maddə üzrə:
2.10.1. birinci hissədə “məktəblərin” sözü “qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinin” sözləri ilə əvəz edilsin;
2.10.2. ikinci hissədə “ali məktəblərin” sözləri “qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinin” sözləri ilə, “rəisləri” sözü “rektorları (rəisləri)” sözləri ilə əvəz edilsin;
2.11. 119-cu maddənin üçüncü hissəsində “məktəblərdə” sözü “qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrində” sözləri ilə əvəz edilsin;
2.12. 319-cu maddənin ikinci hissəsində “hərbi təhsil müəssisələri və idarələrinin” sözləri “idarələrin və hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinin” sözləri ilə əvəz edilsin;
2.13. 335.1-ci maddəyə “əsgər (matros),” sözlərindən sonra “kursant,” sözü əlavə edilsin;
2.14. 340-cı maddənin ikinci cümləsində “və matrosların” sözləri “, matrosların və kursantların” sözləri ilə əvəz edilsin;
2.15. həmin Nizamnaməyə 4 saylı əlavə - “HAUPTVAXT HAQQINDA” üzrə:
2.15.1. 4-cü maddənin birinci cümləsindən “, gizirlər (miçmanlar) və zabitlər” sözləri və həmin maddənin ikinci cümləsi çıxarılsın;
2.15.2. 10-cu maddənin ikinci hissəsi, 15-ci maddə, 17-ci maddənin üçüncü və dördüncü hissələri ləğv edilsin;
2.15.3. 19-cu maddənin dördüncü hissəsində “zabitlər, çavuşlar, gizirlər (miçmanlar), eləcə də” sözləri “çavuşlar və” sözləri ilə əvəz edilsin;
2.15.4. 20-ci maddənin ikinci cümləsi çıxarılsın;
2.15.5. 21-ci maddənin üçüncü hissəsi, 24-cü maddə və 25-ci maddənin beşinci hissəsi ləğv edilsin;
2.15.6. 29-cu maddə üzrə:
2.15.6.1. ikinci hissə ləğv edilsin;
2.15.6.2. dördüncü hissənin ikinci cümləsindən “və eləcə də zabitlərə və gizirlərə (miçmanlara)” sözləri çıxarılsın;
2.15.7. 31-ci maddənin üçüncü hissəsi və 43-cü maddənin birinci hissəsinin ikinci abzası ləğv edilsin;
2.16. həmin Nizamnaməyə 5 saylı əlavə - “Qarnizonun hərbi hissələrinin (hərbi təhsil məktəblərinin, müəssisələrin qarnizonda ezamiyyətdə və məzuniyyətdə olan hərbi qulluqçuların uçotu qaydası”nın adında “təhsil məktəblərinin, müəssisələrin” sözləri “qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinin və digər müəssisələrin)” sözləri ilə, “qulluqçuların” sözü “qulluqçularının” sözü ilə əvəz edilsin;
2.17. həmin Nizamnaməyə 16 saylı əlavə - “Dəfn mərasiminin təşkili və keçirilməsi Qaydaları”nın 5.2.3-cü maddəsinə “vəsiqəsini,” sözündən sonra “kursantların,” sözü əlavə edilsin.
Maddə 3. Azərbaycan Respublikasının 1994-cü il 23 sentyabr tarixli 887 nömrəli Qanunu (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1995, № 22, maddə 364; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Cild I); 2024, № 1, maddə 18, № 5 (I kitab), maddə 499, № 11, maddə 1183) ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili xidmət nizamnaməsi”ndə aşağıdakı dəyişikliklər edilsin:
3.1. preambulanın dördüncü hissəsində “məktəbləri” sözü “qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələri” sözləri ilə əvəz edilsin və həmin hissəyə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:
“Bu Nizamnamə ilə kursantlar üçün başqa qayda nəzərdə tutulmadıqda, onlara malik olduqları hərbi rütbədən və tutduqları vəzifədən asılı olaraq müvafiq heyətdən olan hərbi qulluqçular üçün müəyyən edilmiş vəzifələr şamil edilir.”;
3.2. 11-ci maddənin birinci hissəsi üzrə:
3.2.1. ikinci – dördüncü abzaslara “çavuşlar,” sözündən sonra “kursantlar,” sözü əlavə edilsin;
3.2.2. beşinci abzasa “çavuşları,” sözündən sonra “kursantları,” sözü əlavə edilsin;
3.2.3. altıncı abzasa “əsgərləri” sözündən sonra “, matrosları, kursantları” sözləri əlavə edilsin;
3.3. 38-ci maddənin beşinci hissəsində “təhsil məktəblərinin və həmçinin tədris hissələrinin” sözləri “qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinin” sözləri ilə əvəz edilsin;
3.4. III fəslin adına “şəxslərin,” sözündən sonra “kursantların,” sözü əlavə edilsin;
3.5. 64-cü maddənin birinci hissəsinin səkkizinci abzasına, 67-ci maddənin birinci hissəsinin onuncu abzasına və 69-cu maddənin birinci hissəsinin on birinci abzasına “təhsil” sözündən əvvəl “qulluqçu hazırlayan xüsusi təyinatlı” sözləri əlavə edilsin;
3.6. 89-cu maddənin birinci hissəsinin on birinci abzasına “əsgər” sözündən sonra “(matros), kursant” sözləri əlavə edilsin;
3.7. 109-cu maddənin birinci hissəsinin səkkizinci abzasına “təhsil” sözündən əvvəl “qulluqçu hazırlayan xüsusi təyinatlı” sözləri əlavə edilsin;
3.8. 112-ci maddənin birinci hissəsi üzrə:
3.8.1. beşinci abzasa “təhsil” sözündən əvvəl “qulluqçu hazırlayan xüsusi təyinatlı” sözləri əlavə edilsin;
3.8.2. altıncı abzasa “(matrosların),” sözündən sonra “kursantların,” sözü əlavə edilsin;
3.9. 116-cı maddənin birinci hissəsinin on ikinci abzasına “təhsil” sözündən əvvəl “qulluqçu hazırlayan xüsusi təyinatlı” sözləri əlavə edilsin;
3.10. 122-ci maddənin birinci hissəsi üzrə:
3.10.1. beşinci abzasa “(matrosları),” sözündən sonra “kursantları,” sözü əlavə edilsin;
3.10.2. on birinci abzasa “təhsil” sözündən əvvəl “qulluqçu hazırlayan xüsusi təyinatlı” sözləri əlavə edilsin;
3.10.3. on ikinci abzasa “matrosları” sözündən sonra “, kursantları” sözü əlavə edilsin;
3.10.4. on altıncı abzasa “(matrosların)” sözündən sonra “, kursantların” sözü əlavə edilsin;
3.11. 126-cı maddənin birinci hissəsi üzrə:
3.11.1. səkkizinci abzasda “əsgəri” sözündən sonra “(matrosu), kursantı” sözləri əlavə edilsin;
3.11.2. on birinci və on ikinci abzaslara “əsgərlər” sözündən sonra “(matroslar), kursantlar” sözləri əlavə edilsin;
3.12. 127-ci maddənin ikinci cümləsində “çavuş və əsgərlərinin” sözləri “əsgər (matros), kursant və çavuşlarının” sözləri ilə əvəz edilsin;
3.13. 130-cu maddənin birinci hissəsi üzrə:
3.13.1. ikinci abzasa “(matroslara)” sözündən sonra “, kursantlara” sözü əlavə edilsin;
3.13.2. yeddinci abzasa “(matroslarına),” sözündən sonra “kursantlarına,” sözü əlavə edilsin;
3.14. 131-ci maddənin birinci hissəsi üzrə:
3.14.1. birinci cümləyə “əsgərlərin” sözündən sonra “(matrosların), kursantların” sözləri əlavə edilsin;
3.14.2. ikinci cümlədə “çavuş və əsgərlərinin” sözləri “əsgər (matros), kursant və çavuşlarının” sözləri ilə əvəz edilsin;
3.15. 132-ci maddənin birinci hissəsinin ikinci, on birinci və on doqquzuncu abzaslarına “əsgər” sözündən sonra “(matros), kursant” sözləri əlavə edilsin;
3.16. 133-cü maddə üzrə:
3.16.1. birinci cümləyə “əsgərin” sözündən sonra “(matrosun), kursantın” sözləri əlavə edilsin;
3.16.2. ikinci cümləyə “əsgər” sözündən sonra “(matros), kursant” sözləri əlavə edilsin;
3.17. 134-cü maddənin birinci hissəsinin ikinci abzasına “əsgər” sözündən sonra “(matros), kursant” sözləri əlavə edilsin;
3.18. 136-cı maddənin birinci hissəsinin ikinci, beşinci və altıncı abzaslarına “(matroslarına)” sözündən sonra “və kursantlarına” sözləri əlavə edilsin;
3.19. IV fəsildən əvvəl aşağıdakı məzmunda “Kursantın vəzifələri” hissəsi və 139-1 – 139-4-cü maddələr əlavə edilsin:
“Kursantın vəzifələri
139-1. Kursant dövlət təhsil standartına uyğun bilik, bacarıq və vərdişlərə yiyələnməsinə, ona həvalə edilmiş vəzifələrin və tapşırıqların vaxtında və dəqiq yerinə yetirilməsinə, həmçinin öz silahına, ona tapşırılan döyüş və digər texnikanın vəziyyətinə cavabdehdir. O, bilavasitə rəisinə tabedir.
139-2. Kursantın vəzifəsidir:
Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçusu kimi öz borcunu dərindən dərk etmək, Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına müqəddəscəsinə və sarsılmazcasına riayət etmək, hərbi andın və hərbi nizamnamələrin tələblərini sözsüz yerinə yetirmək, sayıq, namuslu və Azərbaycan dövlətinin mənafeyinə sədaqətli olmaq və bunun uğrunda mübarizədə öz qüvvəsini, hətta həyatını belə əsirgəməmək;
hərb işini və peşə ixtisasını vicdanla öyrənmək, müəllimlərin, komandirlərin (rəislərin) ona öyrətdiklərini səylə yadda saxlamaq;
təhsil proqramlarında (kurikulumlarda) nəzərdə tutulmuş imtahanları vermək;
öz xidməti vəzifələrini nümunəvi yerinə yetirmək;
hərbi nizamnamələrin tələblərini dərindən bilmək və vicdanla yerinə yetirmək;
üzrsüz səbəblərdən dərsdən yayınmamaq, verilən tapşırıqları vaxtında və keyfiyyətlə yerinə yetirmək;
komandirlərin (rəislərin) və müəllimlərin əmr, sərəncam, göstəriş və tapşırıqlarını sözsüz, dəqiq və vaxtında yerinə yetirmək, təhlükəsizlik qaydalarına ciddi riayət etmək;
igid, cəsur və intizamlı olmaq, nalayiq hərəkətlər etməmək və kursant yoldaşlarını belə hərəkətlərdən çəkindirmək;
təhsil aldığı hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisəsinin nizamnaməsinin və daxili intizam qaydalarının tələblərini bilmək və yerinə yetirmək;
öz silahını, həmçinin ona tapşırılan döyüş və digər texnikanı mükəmməl bilmək, həmişə saz və təmiz saxlamaq;
dövlət sirrini qorumaq;
komandirlərə (rəislərə), böyüklərə və müəllimlərə hörmət göstərmək, hərbi nəzakət, davranış və əsgəri salamlaşma qaydalarına riayət etmək, pedaqoji işçilərin şərəf və ləyaqətinə hörmətlə yanaşmaq;
təhsil aldığı hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisəsinin rektoru (rəisi) daxil olmaqla, özünün birbaşa rəislərinin vəzifəsini, hərbi rütbəsini, adını və soyadını bilmək;
dövlət əmlakını qorumaq, hərbi geyim formasını daşıma qaydalarına ciddi riayət etmək, hər gün təmizləmək və göstərilən yerdə saxlamaq;
hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisəsinin əmlakına qayğı ilə yanaşmaq;
şəxsi və ictimai gigiyena qaydalarına riayət etmək;
silahla, döyüş texnikası və digər texnika ilə işləyəndə və başqa hallarda təhlükəsizlik tədbirlərinə, həmçinin yanğın təhlükəsizliyi qaydalarına riayət etmək;
təhsil aldığı hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisəsinin yerləşdiyi ərazidən kənara çıxmaq zərurəti olduqda, bilavasitə komandirindən icazə almaq və qayıtdıqdan sonra ona bu barədə məlumat vermək;
təhsil aldığı hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisəsindən kənarda özünü şərəfli və ləyaqətli aparmaq, ictimai asayişi pozmamaq və əhaliyə qarşı nalayiq hərəkətlərə yol verməmək;
dövlət maraqlarının, insan və vətəndaş hüquq və azadlıqlarının fəal müdafiəçisi olmaq, özündə yüksək mənəvi keyfiyyətlər aşılamaq, dövlət və cəmiyyət qarşısında məsuliyyətini dərk etmək;
ictimai asayiş normalarına zidd, əxlaqı pozan və xidməti vəzifələri yerinə yetirməyə mane olan hərəkətlərdən çəkinmək;
böyük rəislərin göstərişi olmadan (xidməti zərurət istisna olmaqla) media subyektlərinə müsahibə və məlumat verməmək, əcnəbilər, vətəndaşlığı olmayan şəxslər, xarici hüquqi şəxslər və onların filial və nümayəndəlikləri, beynəlxalq təşkilatlarla əlaqə saxlamamaq.
139-3. Normativ hüquqi aktlarda və təhsil aldıqları hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinin nizamnamələrində başqa qayda nəzərdə tutulmadıqda, kursantların təhsil prosesi ilə bağlı olmayan işlərə və tədbirlərə cəlb edilməsinə yol verilmir.
139-4. Hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisəsinin ştat vahidlərinin sayına, komplektləşdirilmə səviyyəsinə və ya şəxsi heyətin yerləşmə şəraitinə görə təhsil müəssisəsində qarovul və daxili xidmət üzrə vəzifələri yerinə yetirən hərbi qulluqçuların sayı bu vəzifələrin icrası üçün kifayət etmədikdə, kursantların həmin vəzifələrin icrasına cəlb edilməsinə icazə verilir. Bu zaman onlar müddətli həqiqi hərbi xidmət hərbi qulluqçular, habelə təcrübələri və ya rütbələri yol verdikdə müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçular, gizirlər və miçmanlar üçün nəzərdə tutulmuş naryad heyətinə cəlb edilirlər.”;
3.20. 140-cı maddəyə “qulluqçuları” sözündən sonra “və kursantlar” sözləri əlavə edilsin;
3.21. 151-ci maddənin ikinci hissəsinin beşinci cümləsinə və 152-ci maddənin ikinci hissəsinə “əsgər” sözündən sonra “(matros), kursant” sözləri əlavə edilsin;
3.22. 200-cü maddənin birinci hissəsinə “Əsgərlər” sözündən sonra “(matroslar), kursantlar” sözləri əlavə edilsin;
3.23. aşağıdakı məzmunda 205-1 – 205-4-cü maddələr əlavə edilsin:
“205-1. Kursantlar (gizirlər, miçmanlar və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisəsinin yerləşdiyi yerdən bölük komandiri tərəfindən yalnız hərbi and içəndən sonra buraxılırlar.
205-2. Kursantların həftələrarası istirahət və iş günü hesab edilməyən bayram günlərində növbəti tədris günü saat 8:00-dək buraxılmalarına icazə verilir.
205-3. 4-cü və 5-ci kursların cari qiymətləndirmədən müvəffəq qiymət alan intizamlı kursantlarının bu Nizamnamənin 205-2-ci maddəsində göstərilən günlərdən əlavə olaraq digər günlərdə tədris məşğələləri və müstəqil hazırlıq saatları bitdikdən sonra növbəti tədris günü saat 8:00-dək buraxılmalarına icazə verilir.
205-4. Kursantların hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisəsinin yerləşdiyi yerdən buraxılması və geri qayıtması bu Nizamnamənin 204-cü və 205-ci maddələri ilə müəyyən edilmiş qaydada həyata keçirilir.”;
3.24. 221-ci maddənin dördüncü hissəsinə “Əsgərlər” sözündən sonra “(matroslar), kursantlar” sözləri əlavə edilsin;
3.25. 227-ci maddənin ikinci cümləsinə və 232-ci maddənin birinci hissəsinə “əsgər” sözündən sonra “(matros), kursant” sözləri əlavə edilsin;
3.26. 255-ci maddə üzrə:
3.26.1. birinci cümləyə “əsgərlərdən” sözündən sonra “(matroslardan) və kursantlardan” sözləri əlavə edilsin;
3.26.2. ikinci cümləyə “əsgərlərin” sözündən sonra “(matrosların), kursantların” sözləri əlavə edilsin;
3.27. 257-ci maddənin birinci hissəsinin dördüncü abzasına “əsgərlərə” sözündən sonra “(matroslara), kursantlara” sözləri əlavə edilsin;
3.28. 259-cu maddənin birinci cümləsinə “əsgərlərin” sözündən sonra “(matrosların), kursantların” sözləri əlavə edilsin;
3.29. 260-cı maddə üzrə:
3.29.1. birinci cümləyə “əsgərlərdən” sözündən sonra “(matroslardan) və kursantlardan” sözləri əlavə edilsin;
3.29.2. ikinci cümləyə “əsgərlərin” sözündən sonra “(matrosların), kursantların” sözləri əlavə edilsin;
3.30. 265-ci maddənin birinci hissəsinin doqquzuncu abzasına “əsgərləri” sözündən sonra “(matrosları), kursantları” sözləri əlavə edilsin;
3.31. 319-cu maddənin üçüncü hissəsinə “Əsgərlər” sözündən sonra “(matroslar), kursantlar” sözləri əlavə edilsin;
3.32. 363-cü maddənin ikinci cümləsində “məktəblərin” sözü “qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinin” sözləri ilə əvəz edilsin;
3.33. 364-cü maddənin birinci hissəsi üzrə:
3.33.1. birinci cümləyə “Əsgərlər” sözündən sonra “(matroslar), kursantlar” sözləri əlavə edilsin;
3.33.2. ikinci cümləyə “əsgər” sözündən sonra “(matros), kursant” sözləri əlavə edilsin;
3.34. 365-ci maddənin üçüncü hissəsinin ikinci cümləsinə “Əsgər” sözündən sonra “(matros), kursant” sözləri əlavə edilsin;
3.35. 373-cü maddənin ikinci hissəsinin altıncı abzasında “çavuşlar və əsgərlər” sözləri “əsgərlər (matroslar), kursantlar və çavuşlar” sözləri ilə əvəz edilsin;
3.36. 385-ci maddə üzrə:
3.36.1. birinci hissəyə “Əsgər” sözündən sonra “(matros), kursant” sözləri əlavə edilsin;
3.36.2. dördüncü hissənin birinci cümləsinə “Əsgərlər” sözündən sonra “(matroslar), kursantlar” sözləri əlavə edilsin;
3.37. 387-ci maddənin ikinci hissəsinə “əsgərlər” sözündən sonra “(matroslar), kursantlar” sözləri əlavə edilsin;
3.38. 388-ci maddəyə “əsgər” sözündən sonra “(matros), kursant” sözləri əlavə edilsin;
3.39. həmin Nizamnaməyə 1 saylı əlavə - “Azərbaycan Respublikası Silahlı Qüvvələri hərbi rütbələrinin Siyahısı”ndan hər iki halda “(kursant)” sözü çıxarılsın və həmin Siyahıya “Baş əsgər Baş matros” abzasından sonra aşağıdakı məzmunda yeni abzaslar əlavə edilsin:
“Kursantlar
Kursant Kursant”
3.40. həmin Nizamnaməyə 2 saylı əlavə - “HƏRBİ HİSSƏNİN (GƏMİNİN) FƏXRİ KİTABI”nın 2-ci maddəsinə “matros,” sözündən sonra “kursant,” sözü əlavə edilsin;
3.41. həmin Nizamnaməyə 3 saylı əlavə - “HƏRBİ QULLUQÇULARLA SORĞU APARILMASI QAYDASI” üzrə:
3.41.1. 3-cü maddənin birinci hissəsinə “əsgərlər,” sözündən sonra “matroslar, kursantlar,” sözləri əlavə edilsin;
3.41.2. 4-cü maddənin birinci hissəsinin birinci cümləsinə “Əsgərlərin” sözündən sonra “, matrosların və kursantların” sözləri əlavə edilsin;
3.42. həmin Nizamnaməyə 4 saylı əlavə - “HƏRBİ ANDİÇMƏ QAYDASI HAQQINDA ƏSASNAMƏ” üzrə:
3.42.1. 2-ci maddənin birinci hissəsinin üçüncü abzasında “(xüsusi) məktəb kursantları və hərbi akademiya” sözləri “qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinin kursantları və” sözləri ilə əvəz edilsin;
3.42.2. 3-cü maddədə “(xüsusi) məktəb kursantları və hərbi akademiya dinləyiciləri hərbi hissə komandirinin, məktəb, hərbi akademiya” sözləri “qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisəsinin kursantları və dinləyiciləri hərbi hissə komandirinin, hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisəsinin rektorunun (rəisinin)” sözləri ilə əvəz edilsin;
3.43. həmin Nizamnaməyə 13 saylı əlavə - “BÖLÜYÜN SİLAHLARININ VƏ DÖYÜŞ SURSATININ VERİLMƏSİ KİTABI”nın “QEYDLƏR” hissəsinin 1-ci bəndinin birinci cümləsinə “əsgər” sözündən sonra “(matros), kursant” sözləri əlavə edilsin;
3.44. həmin Nizamnaməyə 16 saylı əlavə - “HƏRBİ HİSSƏLƏRƏ DÖYÜŞ BAYRAQLARI VERİLMƏSİ QAYDASI HAQQINDA ƏSASNAMƏ”nin 1-ci maddəsinin birinci hissəsinə “təhsil” sözündən əvvəl “qulluqçu hazırlayan xüsusi təyinatlı” sözləri əlavə edilsin.
Maddə 4. Azərbaycan Respublikasının 1997-ci il 3 oktyabr tarixli 377-IQ nömrəli Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, № 1, maddə 14 (Cild I); 2024, № 1, maddə 19, № 2, maddə 137, № 7, maddə 755, № 12 (II kitab), maddələr 1328, 1350; 2025, № 1, maddələr 4, 7; Azərbaycan Respublikasının 2025-ci il 11 aprel tarixli 176-VIIQD nömrəli Qanunu) ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında” Əsasnamədə aşağıdakı dəyişikliklər edilsin:
4.1. 6-cı maddənin ikinci cümləsi aşağıdakı redaksiyada verilsin:
“Kursantlar normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifələri yerinə yetirirlər.”;
4.2. 10-cu maddə üzrə:
4.2.1. birinci hissədə “xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci” sözləri “vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 30.2-ci” sözləri ilə əvəz edilsin;
4.2.2. cədvəlin “əsgərlər və matroslar” sətrindən bütün hallarda “(kursant)” sözü çıxarılsın və həmin cədvələ “əsgərlər və matroslar” sətrindən sonra aşağıdakı məzmunda yeni sətir əlavə edilsin:
Kursantlar kursant kursant kursant kursant kursant4.2.3. “Qeyd” hissəsinə aşağıdakı məzmunda 3-cü bənd əlavə edilsin:
“3. Kursant hərbi rütbəsi əsgər (matros) hərbi rütbəsinə bərabər tutulur.”;
4.3. 45-ci maddənin ikinci hissəsinə birinci halda “matros,” sözündən sonra “kursant,” sözü əlavə edilsin;
4.4. 47-ci maddənin “v” bəndi ləğv edilsin;
4.5. aşağıdakı məzmunda 48-1-ci maddə əlavə edilsin:
“48-1.“Kursant” hərbi rütbəsi hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrində təhsil alanlara (magistratura və adyunktura səviyyələrinin proqramları üzrə təhsil alanlar istisna olmaqla) həmin təhsil müəssisələrinə daxil olduğu gündən verilir. Hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinə daxil olana qədər “kursant” hərbi rütbəsindən yuxarı hərbi rütbə almış hərbi qulluqçuların və hərbi vəzifəlilərin rütbələri saxlanılır və onlar kursantların hüquqlarından istifadə etməklə onların vəzifələrini yerinə yetirirlər.”;
4.6. 49-cu maddənin birinci hissəsinin “b” bəndində “əsgər”, “matros”, “baş əsgər” və ya “baş matros” hərbi rütbələrində” sözləri “kursant hərbi rütbəsində” sözləri ilə əvəz edilsin;
4.7. 69-cu maddənin birinci hissəsinin birinci cümləsinə “matros,” sözündən sonra “kursant,” sözü əlavə edilsin;
4.8. 172-ci maddə üzrə:
4.8.1. birinci hissədə “xidmət” sözündən əvvəl “vəzifə və hərbi” sözləri əlavə edilsin;
4.8.2. aşağıdakı məzmunda “Qeyd” hissəsi əlavə edilsin:
“Qeyd: Normativ hüquqi aktlarda nəzərdə tutulmuş hallarda “kursant” hərbi rütbəsində ehtiyata buraxılmış hərbi qulluqçuların ehtiyatda olma müddətləri bu Əsasnamənin 172-ci maddəsinin birinci hissəsi ilə əsgər və matroslar üçün müəyyən edilmiş ehtiyatda olmanın yaş hədlərinə uyğun hesablanır.”.
Maddə 5. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012, № 2, maddə 56 (Cild I); 2024, № 2, maddə 137, № 4, maddə 363, № 12 (II kitab), maddələr 1328, 1350; 2025, № 1, maddə 4; Azərbaycan Respublikasının 2025-ci il 14 fevral tarixli 138-VIIQD nömrəli və 7 mart tarixli 152-VIIQD nömrəli qanunları) aşağıdakı dəyişikliklər edilsin:
5.1. 26-cı maddəyə “(matros),” sözündən sonra “kursant,” sözü əlavə edilsin;
5.2. 28.3-cü maddənin ikinci cümləsində “müddətli həqiqi hərbi xidmətdə olan hərbi qulluqçuların vəzifələrinə uyğun olan vəzifələr” sözləri “normativ hüquqi aktlarla nəzərdə tutulmuş vəzifələri” sözləri ilə əvəz edilsin və həmin maddəyə aşağıdakı məzmunda üçüncü cümlə əlavə edilsin:
“Hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı ali və orta ixtisas təhsili müəssisələrinə kursant qismində qəbul edilən gizirlər, miçmanlar və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları normativ hüquqi aktlarla müvafiq heyətlər üçün müəyyən edilmiş xidmətkeçmənin xüsusiyyətləri nəzərə alınmaqla kursantların hüquqlarından istifadə edir və onların vəzifələrini yerinə yetirirlər.”;
5.3. 30-cu maddə üzrə:
5.3.1. 30.2-ci maddədə cədvəlin “Əsgərlər və matroslar” sətrindən hər iki halda “(kursant)” sözü çıxarılsın və həmin sətirdən sonra aşağıdakı məzmunda yeni sətir əlavə edilsin:
Kursantlar Kursant Kursant5.3.2. aşağıdakı məzmunda 30.4-1-ci maddə əlavə edilsin:
“30.4-1. Kursant hərbi rütbəsi əsgər (matros) hərbi rütbəsinə bərabər tutulur.”;
5.4. 31.4-cü (birinci halda) və 33.3-cü maddələrə “matros,” sözündən sonra “kursant,” sözü əlavə edilsin;
5.5. 44-cü maddəyə aşağıdakı məzmunda “Qeyd” hissəsi əlavə edilsin:
“Qeyd: Normativ hüquqi aktlarda nəzərdə tutulmuş hallarda kursant hərbi rütbəsində ehtiyata buraxılmış hərbi qulluqçuların ehtiyatda olma müddətləri bu Qanunun 44.1-ci maddəsi ilə əsgər və matroslar üçün müəyyən edilmiş ehtiyatda olmanın son yaş hədlərinə uyğun hesablanır.”.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 16 may 2025-ci il