Doktoranturaya sənəd qəbulu “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi” (TMİS) vasitəsilə elektron qaydada həyata keçiriləcəkdir. Doktoranturaya sənəd təqdim etmək istəyən şəxslər Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin portal.edu.az saytına daxil olmalı, orada “Ali təhsil və orta ixtisas təhsil müəssisələrinə təhsilalan qeydiyyatı” xidmətini seçərək, təlimatlara uyğun olaraq qeydiyyatdan keçməlidirlər. Portal.edu.az vasitəsilə müraciətlərin göndərilməsi 2025-ci il mayın 13-dən (3 həftə müddətinə) həyata keçirilir.
Fəlsəfə doktoru proqramı üzrə:
Doktorantura (dövlət sifarişli və ödənişli əsaslarla):
Təsviri sənət 6215.01 – əyani,1 yer .
Təsviri sənət 6215.01 – qiyabi,1 yer.
Dekorativ-tətbiqi sənət 6218.01 – əyani,1 yer.
Dekorativ-tətbiqi sənət 6218.01 – qiyabi,1 yer.
Əlaqə nömrəsi- 012-567-91-83.
Ünvan-Bakı şəhəri, H.Əliyev prospekti 26.
Rektorluq