Hörmətli xanımlar və cənablar!
Biz bununla sizi işlərin (xidmət, təchizat) yerinə yetirilməsinə dair tenderdə iştirak etməyə dəvət edirik: “LUKOIL-Azərbaycan” QSC-nin 13 saylı yanacaqdoldurma məntəqəsində tikinti-quraşdırma işlərinin sifarişi üzrə 2 mərhələli açıq tenderdə iştirak etməyə dəvət edirik.
Keçirilən tender barədə ümumi məlumat:
Sifarışçi – “LUKOIL-Azərbaycan” QSC
Ünvan – Bakı şəhəri. Səbail rayonu, Z.Tağıyev küçəsi 13.
Əlaqə telefonları – (012) 497-41-99/dax.4246
E-mail – [email protected]
Əlaqələndirici şəxs – Rəsul Əliyev.
İşlərin icra müddəti: Müqavilənin imzalanma tarixindən etibarən 2 (iki) ay.
Sənədlərin tam toplusu, tenderdə iştirak etmək üçün zəruri sənədlərlə birgə təqdim etdiyiniz ərizənin,verilmiş tələblərə uyğunluq ekspertizasından sonra, Sizin ünvana göndəriləcək. Ərizə ilə birlikdə iddiaçılar mütləq qaydada kvalifikasiya anketlərini təqdim etməlidirlər.
Tenderdə iştirak etmək üçün ərizələrin təqdimi və tender sənədlərinin alınması müddəti 15 sentyabr 2025-ci il saat 18.00-dək. Ərizə ilə birlikdə mütləq şəkildə kvalifikasiya anketi təqdim olunmalıdır.
Tender təklifləri 22 sentyabr 2025–ci il saat 18.00-dək yuxarıda qeyd olunan ünvana təqdim edilməlidir.
Tender 24 sentyabr 2025–ci il saat 11.00-da yuxarda qeyd olunmuş ünvanda keçiriləcək. (1-ci mərhələ).
Tender 26 sentyabr 2025–ci il saat 11.00-da yuxarda qeyd olunmuş ünvanda keçiriləcək. (2-ci mərhələ).
Qeydə alınmış namizədlərin, tender təklifləri olan zərflərin açılmasında iştirakı mütləqdir.
Müqavilə üzrə hesablaşma nağdsız ödəniş yolu ilə, icraçının bank hesabına ödənilir
Müqavilə şərtlərini yerinə yetirmək üçün tender iştirakçılarının texniki imkani,zəruri sənədlər toplusu olmalıdır.
Tender təkliflərinin qüvvədə olma müddəti 90 təqvim günündən az olmamalıdır.
Tender təklifləri azərbaycan və ya rus dillərində təqdim olunmalıdır.
Tenderin qalibi ilə, tender başa çatdıqdan sonra, 20 təqvim günü ərzində müqavilə bağlanacaqdır
Tenderin qalibi, şifarişçinin ərizəsinə əsasən malları növbəti ünvana çatdırmalıdır: Bakı şəh., Sabunçu, 8-ci km, rayonu, Bakıxanov qəsəbəsi (18 saylı YDM)
Tenderdə iştirak üçün “ərizə” forması, habelə tender haqqında tam məlumatları yuxarıda qeyd olunan telefon və elektron poçtu vasitəsi ilə almaq olar.
Tender komitəsi