Odlar Yurdu Universiteti “İngilis dilində tədrisin təşkili” fakültəsinin dekanı vəzifəsinə vakansiya elan edir

post-img

Namizədə aid tələblər:

• Profilə uyğun ali təhsil, elmi dərəcə və elmi ad.

• Ali təhsil müəssisəsində minimum 5 il elmi-pedaqoji təcrübə.

• Rəhbər vəzifədə iş təcrübəsi.

• Akademik və inzibati idarəetmə bacarığı.

• Kollektivlə işləmə və qərarvermə qabiliyyəti.

Tələb olunan sənədlər:

• Şəxsiyyət vəsiqəsinin surəti.

• Ali təhsil, elmi dərəcə və elmi ad haqqında sənədlərin surətləri.

• Elmi və elmi-metodiki işlərin siyahısı.

• Kadrlar uçotunun şəxsi vərəqəsi.

• Tərcümeyi-hal.

• Fakültə dekanının müvafiq struktur bölmənin inkişafı ilə bağlı platforması.

Müraciət qaydası:

Namizədlər sənədlərini Odlar Yurdu Universitetinin rektorunun adına yazılmış ərizə ilə birlikdə [email protected] elektron poçt ünvanına göndərə və ya universitetin inzibati binasında (Bakı, Koroğlu Rəhimov küçəsi 13) İnsan Resursları Departamentinə təqdim edə bilərlər.

Son müraciət tarixi elan dərc olunduğu tarixdən etibarən 30 gündür.

 

Reklam və elan