“LUKOIL-Azərbaycan” QSC-nin tender elanı

post-img

Hörmətli xanımlar və cənablar!

Biz bununla sizi işlərin (xidmət, təchizat) yerinə yetirilməsinə dair tenderdə iştirak etməyə dəvət edirik: “LUKOIL-Azərbaycan” QSC-nin 19 və 83 saylı yanacaqdoldurma məntəqələrində tikinti-quraşdırma işlərinin sifarişi üzrə 2 mərhələli açıq tenderdə iştirak etməyə dəvət edirik.

Keçirilən tender barədə ümumi məlumat:

Sifarişçi: “LUKOIL-Azərbaycan” QSC

Ünvan: Bakı şəhəri. Səbail rayonu, Z.Tağıyev küçəsi 13

Əlaqə telefonları: (012) 497-41-99 / dax. 4246

E-mail: [email protected]

Əlaqələndirici şəxs: Rəsul Əliyev

İşlərin icra müddəti: Müqavilənin imzalanma tarixindən etibarən 2 (iki) ay.

Sənədlərin tam toplusu, tenderdə iştirak etmək üçün zəruri sənədlərlə birgə təqdim etdiyiniz ərizənin, verilmiş tələblərə uyğunluq ekspertizasından sonra, Sizin ünvana göndəriləcək. Ərizə ilə birlikdə iddiaçılar mütləq qaydada kvalifikasiya anketlərini təqdim etməlidirlər.

Tenderdə iştirak etmək üçün ərizələrin təqdimi və tender sənədlərinin alınması müddəti 1 oktyabr 2025-ci il saat 18.00-dəkdir. Ərizə ilə birlikdə mütləq şəkildə kvalifikasiya anketi təqdim olunmalıdır.

Tender təklifləri 1 oktyabr 2025–ci il saat 18.00-dək yuxarıda qeyd olunan ünvana təqdim edilməlidir.

Tender 3 oktyabr 2025–ci il saat 11.00-da yuxarda qeyd olunmuş ünvanda keçiriləcək (1-ci mərhələ).

Tender 6 oktyabr 2025–ci il saat 11.00-da yuxarda qeyd olunmuş ünvanda keçiriləcək (2-ci mərhələ).

Qeydə alınmış namizədlərin, tender təklifləri olan zərflərin açılmasında iştirakı mütləqdir.

Müqavilə üzrə hesablaşma nağdsız ödəniş yolu ilə, icraçının bank hesabına ödənilir.

Müqavilə şərtlərini yerinə yetirmək üçün tender iştirakçılarının texniki imkanı, zəruri sənədlər toplusu olmalıdır.

Tender təkliflərinin qüvvədə olma müddəti 90 təqvim günündən az olmamalıdır.

Tender təklifləri Azərbaycan və ya rus dillərində təqdim olunmalıdır.

Tenderin qalibi ilə , tender başa çatdıqdan sonra , 20 təqvim günü ərzində müqavilə bağlanacaqdır

Tenderdə iştirak üçün “ərizə” forması, habelə tender haqqında tam məlumatları yuxarıda qeyd olunan telefon və elektron poçtu vasitəsi ilə almaq olar.

Tender komitəsi

Reklam və elan