“Bakı Beynəlxalq Dəniz Limanı” Məhdud Məsuliyyətli Cəmiyyəti kotirovka sorğusu elan edir

post-img

“Bakı Beynəlxalq Dəniz Limanı” Məhdud Məsuliyyətli Cəmiyyəti “Generatorların cari və əsaslı təmiri xidmətləri”nin satın alınması üçün AZCON-un idarəetməsinə verilmiş dövlət müəssisələri, dövlət payı olan təsərrüfat cəmiyyətləri və publik hüquqi şəxslər tərəfindən məhsulların (mal, iş, xidmətlərin) vahid satın alınması Qaydalarına əsasən kotirovka sorğusu elan edir.

Müsabiqədə iştirak etmək istəyən şəxslər www.portofbaku.com səhifəsinə daxil olmaqla elanlar bölməsindən əlavə sənədləri və ətraflı məlumatı əldə edə bilərlər. Təkliflərin təqdim edilməsi üçün son tarix 22.05.2026-cı saat 18:00-dəkdir. Göstərilən vaxtdan gec təqdim olunan təkliflər açılmadan geri qaytarılacaqdır.

Ünvan: AZ1010, Bakı şəhəri, Nəsimi rayonu, Ü.Hacıbəyov küçəsi 140

Əlaqə telefonu: +(994 12) 599 00 03 (daxili 1803)

Reklam və elan