“Neftmaştəmir” ASC səhmdarlarının nəzərinə!

post-img

5 iyun 2026-cı il saat 15:00-da “Neftmaştəmir” ASC səhmdarlarının növbəti illik ümumi yığıncağı keçiriləcəkdir.

Ümumi yığıncağın gündəliyi:

1. Ümumi yığıncağın gündəliyinin təsdiq edilməsi.

2. Səhmdar cəmiyyətin 2025-ci ilin yekunları ilə bağlı maliyyə-təsərrüfat fəaliyyətinin hesabatı və cəmiyyətin 2025-ci il üzrə illik hesabatlarının təsdiqi.

3. Müəssisənin gəlir və zərəri haqqında məlumat.

4. Digər məsələlər.

Ümumi yığıncaqda bütün səhmdarların iştirakı vacibdir.

Eyni zamanda səhmdarların nəzərinə çatdırılır ki, nağdsız hesablaşmalar haqqında Azərbaycan Respublikası Qanununun 3.4.4-cü bəndinə uyğun olaraq bank rekvizitlərinin və şəxsiyyət vəsiqələrinin surətlərini ASC mühasibatlığına, yaxud [email protected] elektron ünvanına təqdim etsinlər.

İclasın keçiriləcəyi ünvan: Bakı şəhəri, Sabunçu rayonu, Zabrat-1 qəsəbəsi, Oktyabr küçəsi 52, “Neftmaştəmir” ASC-nin iclas otağı.

Əlaqə telefonları: (012) 550 27 86, (012) 550 33 00.

“Neftmaştəmir” ASC-nin direktoru - S.Y.Səmədov.

Reklam və elan