Azərbaycanın xarici işlər naziri Tbilisidə Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edib

post-img

Gürcüstanda səfərdə olan Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov iyulun 22-də Tbilisidəki Heydər Əliyev Parkında Ulu Öndərin abidəsini ziyarət edib.

AZƏRTAC xəbər verir ki, nazir və onu müşayiət edən rəsmi şəxslər Ümummilli Liderin abidəsi önünə əklil və gül dəstələri düzüb, xatirəsini ehtiramla yad ediblər.

Nazir, həmçinin Tbilisidə Qəhrəmanlar Meydanında Gürcüstanın ərazi bütövlüyü uğrunda həlak olmuş qəhrəmanların xatirəsini yad edib, abidə önünə əklil qoyub.

Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi 
 
 

Siyasət