Vladimir Zelenski Rusiya Federasiyası ilə danışıqlar üçün yenidən Rustem Umerovun başçılıq edəcəyi nümayəndə heyətinin formalaşdırılmasına göstəriş verib.
"Rusiya tərəfi ilə danışıqlar aparmaq üçün nümayəndə heyətinin yaradılmasına göstəriş vermişəm. Nümayəndə heyətinə Rüstəm Umerov başçılıq edəcək", - Zelenski Telegram kanalında yazıb.
Əvvəlki nümayəndə heyətinə də həmin vaxt ölkənin müdafiə naziri postunu tutan Umerov başçılıq edirdi. Lakin o, iyulun 16-da bütün hökumətin istefaya göndərilməsi ilə postunu itirdi. İyulun 18-də Zelenski Umerovu Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi təyin edib. Zelenskinin sözlərinə görə, nümayəndə heyətinin tərkibinə onun ofisinin, Ukrayna kəşfiyyatının və Ukrayna Xarici İşlər Nazirliyinin nümayəndələri də daxil olacaq. Danışıqların yeni raundu öncəsi Zelenski Umerov və onun ofisinin rəhbəri Andrey Yermakla görüş keçirib. Umerov “Rusiya tərəfi ilə İstanbulda keçirilən ikinci görüşün razılaşmalarının yerinə yetirilməsi və yaxın gələcəkdə yeni görüşlə bağlı razılaşmalar haqqında” məlumat verib.
Bazar ertəsi Zelenski Rusiya və Ukrayna nümayəndə heyətlərinin növbəti görüşünün iyulun 23-nə planlaşdırıldığını və Türkiyədə baş tutacağını bildirib. TASS-dakı mənbə danışıqların üçüncü raundunun iyulun 24-də baş tutacağını bildirib.
P.ƏMİRCANOV
XQ