Silahlar münaqişəni daha da qəlizləşdirdi

post-img

Dünya atəşkəs və siyasi-diplomatik təmasların sülhlə bitəcəyini gözləyir

Beynəlxalq münasibətlər sisteminin arxitekturasında mühüm konseptual transformasiya prosesləri intensivləşir. Aprel ayında qeydə alınan strateji siyasi hadisələr makrosəviyyəli kon-

fliktlərin həlli istiqamətində praqmatik mexanizmlərin tətbiqini bilavasitə şərtləndirir. Mövcud qlobal vəziyyət aparıcı dövlətlərin xarici siyasət dok-

trinalarında hərbi eskalasiya paradiqmasından diplomatik tənzimləmə modelinə institusional keçidi nümayiş etdirir.

Çoxqütblü dünya nizamının formalaşması ərəfəsində yaranmış dərin geosiyasi qütbləşmələr mərhələli şəkildə kompromis axtarışları ilə əvəzlənir. Hərb meydanlarındakı daimi gərginlik amili dövlətlərin resurslarının tükənməsinə, iqtisadi-logistika zəncirlərinin qırılmasına gətirib çıxarıb. Nəticədə, beynəlxalq idarəetmə mərkəzləri münaqişələrin həlli üçün siyasi dialoq institutlarının potensialından maksimum səviyyədə istifadə etməyə məcbur qalıb.

İslamabad şəhərində aparılacaq İran və ABŞ danışıqları Yaxın Şərq coğrafiyasında regional təhlükəsizlik arxitekturasının mütləq yenilənməsini tələb edən əsas platformadır. Aprelin 7-də ABŞ Prezidenti Donald Tramp rəsmi Tehranla 2 həftəlik qarşılıqlı atəşkəs rejiminin qüvvəyə mindiyini rəsmən bəyan edərək, regional deeskalasiya yönündə tarixi qərar qəbul etdi. Onun xüsusi olaraq vurğuladığı kimi, Vaşinqton administrasiyası Tehranın 10 maddəlik təkliflər paketini gələcək mərhələli danışıqlar prosesi üçün hüquqi baza olaraq qəbul edir. 10 maddəlik sənəd bütün Yaxın Şərq regionunda mövcud qüvvələr nisbətinin yenidən müəyyənləşdirilməsini ehtiva edir. Sənədin əsas maddələri vasitəsilə region dövlətlərinin qlobal təhlükəsizlik strukturundakı legitim funksionallığını tam şəkildə bərpa etməyə geniş siyasi zəmin yaranacaq. Təkliflər paketində sanksiya rejiminin yumşaldılması, daxili işlərə kənar müdaxilənin məhdudlaşdırılması, suveren hüquqların beynəlxalq hüquq normaları çərçivəsində tanınması kimi əsaslı strateji müddəaların mövcudluğu istisna edilmir.

Təsdiqlənmiş 2 həftəlik atəşkəs barədə beynəlxalq pakt ABŞ, rəsmi Tehran və aidiyyəti müttəfiqlərin ortaq diplomatik konsensusu əsasında aprelin 8-nə keçən gecə tam qüvvəyə minib. Razılaşmanın şərtlərinə əsasən, Tehran rəhbərliyi İrana qarşı hər hansı konvensiyalı hərbi hücum edilməyəcəyi təqdirdə bütün müdafiə xarakterli cavab zərbələrini dərhal dayandırmağa razılıq verib. Belə rasional və asimmetrik siyasi gediş İran idarəetmə elitasının xarici siyasət kursunda konstruktiv tənzimləmə siyasətinə üstünlük verdiyini göstərir. Qlobal güc mərkəzləri üçün belə siyasi modifikasiya böyük əhəmiyyət daşıyır. Yaxın Şərq cəbhəsində potensial irimiqyaslı müharibənin qarşısının alınması beynəlxalq miqyasda qlobal dəniz marşrutlarının fasiləsiz işləməsini, xüsusən də enerji tranzitinin stabil fəaliyyətini tam təmin edir. İran silahlı qüvvələri tərəfindən idarə olunan hərbi koordinasiya qərargahları mövcud texniki məhdudiyyətləri xüsusi nəzərə almaqla Hörmüz boğazından ticarət gəmilərinin təhlükəsiz keçidinin tam zəmanət altına alınacağını bəyan edib. Diplomatik institutların intensiv fəaliyyəti radikal hərbi ssenarilərin qarşısını alır, çoxsəviyyəli siyasi dialoqun hegemonluğuna geniş yol açır.

Hörmüz boğazı qlobal dəniz logistikası arxitekturasının ən həssas və strateji mərkəzdir. Həmin nəqliyyat marşrutunda mütləq siyasi nəzarətin təminatı Vaşinqtonun xarici siyasət doktrinasında dəyişməz prioritet hesab edilir. ABŞ həmin hövzə suları daxilində gəmiçiliyin maneəsiz hərəkətini qorumaq məqsədilə Şimali Atlantika Müqaviləsi Təşkilatının (NATO) xüsusi struktur öhdəliklər götürməsində inadkar mövqe sərgiləyir. Prezident Donald Tramp NATO-nun Baş katibi Mark Rutte ilə keçirdiyi rəsmi siyasi görüşdə alyans üzvlərindən Hörmüz boğazından keçən beynəlxalq gəmiçiliyin təhlükəsizliyini təmin etmək üçün daha konkret kollektiv addımlar atmalarını, təşkilatın dəniz əməliyyatlarında qlobal məsuliyyətini bilavasitə artırmalarını qətiyyətlə tələb edib. Tramp administrasiyası konseptual qaydada hesab edir ki, Avropa dövlətlərinin iqtisadi təchizat zəncirində mühüm funksiya yerinə yetirən Yaxın Şərq logistika dəhlizlərinin hərbi mühafizəsi bilavasitə Avropa dövlətlərinin müdafiə strategiyasına daxil edilməlidir.

Yaxın Şərq regionunda gedən qlobal sülhə meyilli tendensiyaların digər paralel vektorunda İsrailin Baş naziri Benyamin Netanyahunun Livan istiqamətində qəbul etdiyi strateji qərar dayanır. Netanyahunun Livan rəhbərliyi ilə danışıqlara başlamaq barədə verdiyi siyasi tapşırıq hərbi təzyiq alətlərindən diplomatik vasitəçilik xəttinə doğru inamlı keçid siyasətini əks etdirir. Müvafiq tarixi addım İsrail dövlətinin təhlükəsizlik strategiyasında dərinlik axtarışının bariz nümunəsidir. Təl-Əvivin mütləq hədəfi Livan rəsmiləri ilə açıq konstruktiv dialoq yaradaraq şimal cəbhəsində davamlı sabitlik, sərhəd toxunulmazlığı doktrinasını həyata keçirir. Qonşu dövlətlərlə daimi hərbi toqquşma rejiminin iqtisadi zərərini, beynəlxalq ictimai rəydə yaranan izolyasiya təhlükəsini dərindən dərk edən rəsmi Təl-Əviv diplomatik korpusun analitik potensialından fəal istifadə etməyə məcbur qalıb. Təmasların başlanması barədə verilən qəti rəsmi tapşırıq regional təcridi yarmaq, bölgədə səmərəli sülh infrastrukturunu qurmaq niyyətinin ən obyektiv göstəricisidir. Levant coğrafiyasında eskalasiya tədricən azaldıqca beynəlxalq sülhməramlı səylərin intensivləşməsi üçün münbit diplomatik şərait yaranır. Ümid edirik ki, bütün qeyd edilən diplomatik əməliyyatlar ərəb-İsrail münasibətlərində sabitliyin bərpasına dolayısı ilə zəmin yaradacaq.

Avrasiya qitəsinin digər kəskin böhran ocağı olan Şərqi Avropada formalaşan diplomatik mənzərə mövqe müharibəsindən dəqiq diplomatik manevrlərə struktur keçidini nümayiş etdirir. Rusiya və Ukrayna artıq Pasxa bayramı ərəfəsində hərbi əsirlərin genişmiqyaslı mübadiləsini tam uğurla həyata keçirə bilər. Qeyd olunan məsələ barədə Ukrayna Prezident Ofisinin rəhbəri Kirill Budanov yerli kütləvi informasiya vasitələrinə müsahibəsində olduqca mühüm, ümidverici detalları ictimaiyyətə açıqlayıb. Mübadilə prosesinin bərpası qütbləşmiş tərəflər arasında mühüm humanitar təmasların mümkünlüyünü təsdiqləyən nadir işlək mexanizm rolunu oynayır. Kirill Budanov tərəfindən səsləndirilən rəsmi fikirlərə görə, əsirlərin azad edilməsi prosesi tam reallığa çevrilir. Kirill Budanov yaranmış humanitar vəziyyəti xüsusi sitatla vurğulayıb: “Ümid edirik ki, həmin proses ya bayram ərəfəsindəki gün, ya da ertəsi gün baş tutacaq. Məhz belə addımı gözləmək tamamilə mümkündür. Hamımız həmin anı dərin intizarla gözləyirik”. Rəhbər şəxsin qəti inamla vurğuladığı kimi, gec-tez Ukrayna prezidenti ilə Vladimir Putin arasında tarixi görüş mütləq baş tutmalıdır. Səslənən bəyanat Ukraynanın idarəetmə elitasında, eləcə də siyasi isteblişmentində mövcud hərbi qarşıdurmanın son həll nöqtəsinin yalnız danışıqlar masasında, ən ali siyasi rəhbərlik səviyyəsində tapılacağına dair artan dəmir inamı açıq nümayiş etdirir.

Beynəlxalq miqyasda müşahidə edilən mövcud təlatümlü, lakin tənzimləməyə yönəlik irəliləyişlər dünya nizamının yenidən siyasi inşası kimi xarakterizə olunmalıdır. Keçmiş illərin gərginlikləri əksər hallarda asimmetrik müharibələr vasitəsilə hegemon güclərin amansız toqquşmasını çox aydın nümayiş etdirirdi. Lakin cari ilin aprel dinamikası qəti şəkildə isbat edir ki, artıq böyük qərar mərkəzləri kənar regional dövlətlərə sərt təsir göstərərək onları konstruktiv danışıqlara məcbur edirlər.

Qlobal təhlükəsizliyə doğru atılan hər düşünülmüş addım həm də dövlətlərin milli mənafeyi qorumaq instinktindən doğur. İslamabad razılaşması, Tehran–Vaşinqton arasında kompromis, Netanyahunun Livan açılımı, Hörmüz boğazında formalaşan kollektiv məsuliyyət cəhdləri, Pasxa bayramında həssas humanitar addımlar silahların susdurulması məqamının yetişdiyini, bəşəriyyətin tamamilə fərqli, inkişaf etmiş tarixi formata keçdiyini aydın təcəssüm etdirir. Cəbhə döyüşləri tədricən yerini intellektual diplomatik müzakirələrə buraxır. Güclü dövlətlərin riskli hərbi ambisiyalara məcburi fasilə verərək paktlar üzərində sıx işləməsi sivilizasiyanın qorunub saxlanması yolunda atılan uğurlu addım sayılmalıdır.

Yusif ŞƏRİFZADƏ
XQ

Siyasət