Dövlət Məşğulluq Agentliyi tərəfindən bu ilin yanvar–avqust aylarında 223 minədək şəxs aktiv məşğulluq tədbirləri ilə əhatə olunub.
Onlardan 67 min 200 nəfəri “Əmək və Məşğulluq” altsistemindəki vakansiya bankına yerləşdirilən boş iş yerlərinə təyin edilib. Həmin dövrdə 10 min 200 şəxs özünüməşğulluq proqramına cəlb olunub. Təlim kurslarında iştirak etdikdən sonra onların kiçik bizneslərini yaratmaları üçün aktivlərlə təminatları həyata keçirilib.
Son 8 ayda 8 min 600 işsiz şəxs üçün işəgötürənlərlə əməkdaşlıq çərçivəsində həm Agentliyin Peşə Hazırlığı mərkəzlərində, həm də özəl tədris müəssisələrində kurslar təşkil edilib. Digər bir istiqamət kimi 136 min 800 şəxsə peşəyönümlü xidmətlər göstərilib.
Zərifə BƏŞİRQIZI
XQ

