Xörəkdə işlədilən hər duz orqanizm üçün faydalı deyil. Diyetoloq Andrey Bobrovski bununla bağlı, xüsusən, böyrək və ürək xəstələrinə xəbərdarlıq edib.
Natrium və xlorun birləşməsinə görə duzun “ağ ölüm” adlandırıldığını, lakin müasir dünyada bu mineralın əvəzedicisinin olduğunu bildirib.
Mütəxəssisin sözlərinə görə, yeganə pəhriz duzu natrium xloridin qismən kalsium xloridlə əvəz olunduğu duzdur. Xüsusilə hipertoniya və böyrək xəstəliyi olan insanlar üçün həmin duz faydalıdır. İstifadə etdiyimiz duza əvəz olaraq Bobrovski 6 növ fərqli məhsuldan söz açıb:
– Minalı qaya duzu;
– yeraltı duz təbəqələrinin həll edilməsi və buxarlanması nəticəsində əldə edilən süfrə duzu;
– dəniz suyunun buxarlanmasından əldə edilən duz;
– tiroid vəz üçün vacib olan kalium hidroksid əlavə edən yodlaşdırılmış duz;
– kalsium, kalium, maqnezium və digər vacib elementləri ehtiva edən Himalay çəhrayı duzu;
– Hindistanda çıxarılan qara duz.
Bunlar gündəlik duz ehtiyacımızı ödəmək üçün salatlarda və xörəklərdə istifadə üçün yararlı hesab olunur.
Z.HÜSEYNLİ
XQ