COVID-19-la mübarizədə iştirak edən tibb işçilərinin əməkhaqlarına əlavənin müddəti uzadılıb

post-img

Yeni növ koronavirus (COVID-19) pandemiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqlarına verilən əlavənin müddəti uzadılıb.

 Baş nazir Əli Əsədov bununla bağlı Qərar imzalayıb.

Qərara əsasən, yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqlarına verilən əlavənin müddəti iyulun 1-dək uzadılıb.

Qeyd edək ki, əvvəlcə bu müddət aprelin 1-dək nəzərdə tutulmuşdu.

Sosial həyat