"Təxəyyül Art Groupun" "Oğuz, Şəki, Qax, Zaqatala, Balakən" adlı yaradıcı qrup turu

post-img

"Təxəyyül Art Groupun" təşkilatçılığı və qrup üzlərinin iştirakı ilə "Oğuz, Şəki, Qax, Zaqatala, Balakən" adlı yaradıcı gəzinti turu təşkil olunub. Qrupun fəal üzvü rəssam Qənirə Əsgərovanın doğum günü keçirilib.

Tədbiri giriş sözü ilə qrupun rəhbəri - Natiq Nəcəfzadə açaraq qonaqları salamlayıb. Sonra qrupun lideri, dosent- Gülağa Ələsgərov, İsmayıllı Dövlət Rəsm Qalereyasının direktoru - İkram İsmayılov  yubilyarı təbrik ediblər. Ardınca, təbrik üçün söz qrup müavini - rəssam, qrafik dizayner - Vüsalə Yunusovaya verilib. O da öz növbəsində təbriklərini çatdırıb, qrup adından yubilyara hədiyyəni təqdim edib. Tədbir bədii hissə ilə davam edib. "Arşın mal alan" filmindən, qızların kəlağayılarla rəqsi baş tutub. Qeyd edək ki, Arşın malçı rolunu qrupun rəqqası - Yəhya Cəlilov ifa edir. Aşıq Elçin İsmayıllı da musiqi nömrəsi ilə tədbirə rəngarənglik qatıb. Sonda bütün iştirakçılara sertifikatlar təqdim olunub.

Turun ikinci hissəsində Oğuzda yerləşən "Xal-xal" şəlaləsinə və Qaxda "Sumuq qalaya" səfər təşkil olunub. "Vətən" ailəvi istirahət mərkəzində nahar edildi. Axşam toplantısında isə bir-birindən maraqlı mahnılar səsləndirilib. Sonda birlik simvolu olan " Yallı" rəqsi ifa olunub.

Yaradıcı turun ikinci günü isə qrup üzvləri

Zaqatala Alban məbədi, Qala düzü, Şəki Dövlət Rəsm Qalereyası, "ABAD" keramika emalatxanasını ziyarət ediblər. Çinli turistlərlə mədəni əlaqələr qurularaq xatirə fotoları çəkilib.

Xareoqraf - Rasimə Əhmədovanın quruluşunda qızlardan ibarət rəqs nömrəsi göstərilib.

Yol boyu isə əyləncəli oyunlar təşkil olunub. Qrupun üzvləri Elşən Sabiroğlu (1-ci), Cəmilə Əsgərov (2-ci),
Vüsalə Əsədova (3-cü), Rəhilə Qaçayeva (4-cü) yerə layiq görülüblər. Qaliblərə müxtəlif hədiyyələr təqdim olunub.

XQ

Sosial həyat