Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə iyulun 21-də ümumi çəkisi 1,7 kiloqramdan artıq narkotik vasitə götürülüb.
Bu barədə DİN-dən məlumat verilib.
Məlumata görə, bundan əlavə, yabanı halda bitmiş 1,5 tona yaxın çəkidə 887 ədəd çətənə kolu da aşkar olunaraq məhv edilib.
Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.
P.ƏMİRCANOV
XQ