ABŞ Prezidenti Donald Tramp Vaşinqtonun BMT-nin Təhsil, Elm və Mədəniyyət Təşkilatından (UNESCO) çıxması barədə qərar qəbul edib. Bu barədə Ağ Evin mətbuat katibinin müavini Anna Kelli bildirib.
“The New York Post” Kellinin sözlərindən sitat gətirir : “Prezident Tramp ABŞ-ı amerikalıların noyabrda səs verdiyi sağlam düşüncə siyasətlərinə tamamilə zidd olan mübahisəli, bölücü mədəni və sosial səbəbləri dəstəkləyən YUNESKO-dan çıxarmaq qərarına gəlib” .
P.ƏMİRCANOV
XQ