ABŞ-nin Kolorado ştatında yaşayan azərbaycanlılar 8 Noyabr – Zəfər Günü münasibətilə “Rocky Mountain” dağlarına yürüş ediblər.
XQ xəbər verir ki, yürüşün əsas məqsədi Azərbaycanın 2020-ci ildə qazandığı tarixi qələbəni xatırlamaq, Vətən müharibəsində şəhid olan qəhrəmanların xatirəsini anmaq və ABŞ-də yaşayan soydaşlarımız arasında milli həmrəylik ruhunu möhkəmləndirmək olub.
Azərbaycan icmasının gənc üzvlərinin də qatıldığı yürüşdə iştirakçılar Azərbaycan Respublikasının Dövlət Bayrağını qürurla dalğalandırıb, Zəfər Gününün xalqımız üçün tarixi və mənəvi əhəmiyyətindən danışıb, ‘Qarabağ Azərbaycandır!’ şüarını səsləndiriblər.
Bu təşəbbüs həm Koloradoda, həm də ABŞ-nin digər ştatlarında fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatları arasında əlaqələrin möhkəmlənməsinə, eləcə də gənc nəsildə milli kimliyin qorunmasına xidmət edib.
Yürüşə soydaşlarımızla yanaşı, yerli ictimaiyyətin nümayəndələri də qoşulub.


.jpeg)