Tbilisi şəhərində Gürcüstan Reproduktiv Endokrinologiya Assosiasiyasının təşkilatçılığı ilə “Kliniki ginekologiyanın və urologiyanın müasir nailiyyətləri” mövzusunda çoxprofilli konfrans keçirilib. Məclisdə “Doğuşdan sonrakı kompleks reabilitasiyada estetik ginekologiyanın rolu” ilə bağlı yeni təcrübələr müzakirə olunub.
Konfransda ölkəmizi Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunun professoru Fatma Hacıyeva təmsil edib. O, elmi toplantıda “Estetik ginekologiyada müasir metodların istifadəsinin imkanları” mövzusunda çıxış edib.
Gürcüstan Reproduktiv Endokrinologiya Assosiasiyasının rəhbəri akademik Georgi Tevdoraşvili professor Fatma Hacıyevanın elmi yaradıcılığını yüksək qiymətləndirərək toplantıya qatıldığına görə ona təşəkkürünü bildirib: “Mən bu gün sizə Azərbaycanı təmsil edən professor Fatma Hacıyevanı təqdim etmək istəyirəm. O, əslən gürcüstanlıdır və ölkəmizi hədsiz dərəcədə sevən xanımdır. Onun çoxlu sayda əsərləri və mono-
qrafiyaları artıq tibb elminə öz töhfələrini verməkdədir. Mənə öz monoqrafiyasının gürcü dilində tərcüməsini təqdim edəndə çox təsirləndim və heyran oldum, çünki bu, onun gürcü xalqına, gürcü tibb elminə və xalqımıza olan yüksək sevgisinin təzahürüdür”.
Sonda elmi müzakirələr plenar iclaslarda davam edib.
P.ƏMİRCANOV
XQ

