“Gəl, qoşulaq durnalara” Xalq yazıçısının şeirlər kitabı

post-img

“Zərdabi nəşr” MMC Xalq yazıçısı, Azərbaycan Yazıçılar Birliyinin sədri Anarın “Gəl, qoşulaq durnalara” şeir toplusunu Azərbaycan və rus dillərində nəşr edib. Kitabda müəllifin müxtəlif illərdə yazdığı şeirləri və “Anara 40 sual” silsilə müsahibəsi toplanıb.

İnsan ömrünün mənası, zamanın keçiciliyi, Vətən həsrəti, qürbət nisgili kimi fəlsəfi mövzulara həsr olunmuş, müəllifin qələm dostları və yaxınlarına, bir sıra görkəmli ədəbiyyat adamlarına ithaf etdiyi, ənənəvi və modern üslubda yazdığı bu şeirlər, ədəbi prosesə işıq salan aktual müsahibə rus dilində ilk dəfə işıq üzü görür.

Nəsrin ideya müəllifi Azərbaycan Yazıçılar Birliyi Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin sədri Əsəd Cahangir, redaktoru Dürdanə Hüseynova, rus dilinə tərcüməçiləri Alina Talıbova, Leyla Əliyeva, Fikrət Kazımov və Nərminə Nəbiyevadır.

XQ

Mədəniyyət