“Alça gül açdı,  nənəli”...

post-img

Vaxt vardı bu  misralar Talış diyarında  çayı yığımı  zamanı  qızların dilindən düşməzdi. İndi isə cənub mirvarisi Lənkəranda yaz-yay mövsümündə bar verən alça ağacın ikinci dəfə  açdığı çiçəklər  məhsula düşüb. Artıq alçalar yeməlidir. Bu  nadir təbiət hadisəsi  istər-istəməz adamın marağına səbəb olur.

Təbiət gözəlliyinə daha bir ahəng qatan ağac  Lənkəranın Şağlaser kəndində 79 yaşlı Pənci Ağayevin həyətyanı sahəsində bitir. On yaşlı ağac bu il   ikinci dəfə  məhsul verməsi ilə  ev sahibini təbiətin yaratdığı möcüzəyə heyran qoyub.

Marağımı görən Pənci kişi  dedi:- Ağacın bol barına həmişə sevinmişəm. Amma onun qış fəslində yenidən bar gətirməsi qeyri  haldır. Çiçələrini gördüm, qaldı ki, onların bu cür yeməli alça olmağına inamım gəlmirdi.  Bir, iki gün  ağac meyvəni saxlaya bilsə,  yay fəslindəki dadını da verə bilər.

Zəfər ORUCOĞLU
Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Sosial həyat