Ac adamı su doyurmaz

post-img

Aclıq və iştahı ayırd etmək sağlam qidalanma və çəkiyə nəzarətin açarıdır. Rusiyalı dietoloq Viktoriya Qovoruşko bu barədə fikirlərini bölüşüb.

Jurnalistlərə açıqlamasında bu məsələ barədə danışarkən o, kiçikyaşlı uşaqları nümunə gətirib. Deyib ki, əgər onlar acdırlarsa, onlara su vermək işə yaramayacaq. Çünki uşaqlara su aclıqlarını yox etmək üçün kifayət deyil. Onlara mütləq doyurucu yemək verilməlidir.

Dietoloq, onu da əlavə edib ki, yaşlandıqca insanlar nahardan sonra su içməyə yox, birmənalı şəkildə şirniyyat, xüsusilə, konfet yeməyə öyrəşirlər: “Amma aclıq doyurucu yeməyə üstünlük verir. Məsələn, insanın qarşısında bir parça şokolad və bir boşqab yemək varsa, o, ikincisini seçəcək. İştah isə peçenyeyə də maraq göstərir”.

O, həmişə özünü dinləməyi və həqiqətən, ac olduğunuzu, yoxsa, sadəcə, “şirin” istəyib-istəmədiyinizi soruşmağı məsləhət görüb.

Z.HÜSEYNLİ
XQ

Sosial həyat