Badam ağacı tez çiçək açır…

post-img

Ölkə Prezidentinin Sərəncamı ilə 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan edilməsi milli-mədəni irsimizin qorunması və davamlı inkişaf prinsiplərinin təşviqi baxımından mühüm əhəmiyyət daşıyır. Bu təşəbbüs Azərbaycan şəhərsalma və memarlıq ənənələrinin tarixi dəyərini ön plana çıxararaq, təbiət və mədəni irsin vəhdətini  daha da gücləndirir.

Bu günlərdə Ağstafadakı “Keşikçidağ” və “Avey” Dövlət tarix-mədəniyyət qoruqlarının birgə təşkilatçılığı ilə Ceyrançöldə, “Keşikçidağ” qoruğunun informasiya mərkəzində təşkil olunan ağacəkmə aksiyası böyük razılıqla qarşılanıb. Aksiya zamanı qoruq əməkdaşlarının iştirakı ilə 300-dən çox badam tingi əkilib. 

Əslində bu cür təşəbbüslər ekoloji dəyər yaratmaqla yanaşı, mədəni irsin qorunmasına məsuliyyətli yanaşmanın və tarixlə müasirliyin uzlaşdırılmasının real nümunələrindən biridir.

Hamlet Qasımov
XQ-nin bölgə müxbiri
Ağstafa







Sosial həyat