2026-cı ilin yanvar-mart ayları ərzində 20 032 nəfərə uşağın anadan olmasına görə proaktiv qaydada birdəfəlik müavinət təyin olunaraq Fond tərəfindən ödəniş edilib.
XQ xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Sosial Müdafiə Fondu məlumat yayıb.
Müavinət ödənişləri 9 265 nəfər qız, 10 767 nəfər oğlan uşağına görə aparılıb.

