“Qərbi Azərbaycan irsi” kitabının I cildi təqdim edilib

post-img

Azərbaycan Turizm və Menecment Universitetinin turizm işi kafedrasında “Qərbi Azərbaycan irsi” kitabının I cildinin təqdimatı  keçirilib.

Universitetin kafedra müdiri, dosent Hafiz Hüseynov nəşrin I cildinin təqdimatına həsr olunan silsilə tədbirlərin təşkilinə aydınlıq gətirib.  Qərbi Azərbaycanın tarixi-mədəni irsini vətənimizin dəyərlər toplusu konteksində səciyyələndirən struktur rəhbəri  

Prezident İlham Əliyev tərəfindən Beynəlxalq təşkilatlar çərçivəsində Qərbi Azərbaycanla bağlı sistemli iş aparıldığını, eyni zamanda icma üzvlərinin BMT-yə təqdim etdikləri  10-dan artıq rəsmi sənədin üzv ölkələr arasında geniş yayıldığını deyib.

“Qərbi Azərbaycan gəncləri  yaddan çıxarmasınlar ki, ulu babalarımızın məzarları Zəngəzurdadır, Göyçədədir, Dərələyəzdədir, İrəvandadır və bütövlükdə Qərbi Azərbaycan torpaqlarındadır”, –fikrini çatdıran H.Hüseynov  “yaşından asılı olmayaraq hər bir vətən övladı ulu torpaqlara qayıtmaq, sahiblənmək uğrunda mübarizəyə həmişə hazır olmalıdır”– sözləri ilə çıxışını tamamlayıb. 

“Qərbi Azərbaycan irsi” kitabının I cildinin təqdimatına həsr olunan toplantıda ATMU-nun turizm işi kafedrasının əməkdaşları, eyni zamanda, ”Qərbi Azərbaycan” qrupunun üzvləri iştirak ediblər.

Z.Hüseynova
XQ 



Təhsil