ABŞ Prezidenti Donald Trampın nümayəndələri Parisdə keçirilən görüşdə Fransanın dövlət başçısı Emmanuel Makronu aşağılayıblar. Bunu aprelin 18-də Fransa Vətənpərvərlər Partiyasının lideri Florian Filippot deyib.
Məlumatı “İzvestiya.ru” verib.
“Əslində, dünən onun üçün (Makron – red.) alçaldıcı oldu: Trampın nümayəndələri ona Parisin mərkəzində sülh dərsi keçirdilər”, – deyə o, X sosial şəbəkəsindəki (keçmiş Twitter) səhifəsində yazıb.
Aprelin 17-də dövlət katibi Marko Rubio və Amerika liderinin xüsusi elçisi Stiv Uitkoff, medianın yazdığı kimi, siyasətlərini Makrona başa salmaq üçün Fransaya gəliblər. Eyni zamanda, ABŞ dövlət katibi gəldikdən sonra qeyd edib ki, səfərin yeganə məqsədi Ukraynada nizamlanmaya nail olmaq üçün irəliləmək niyyətidir.
P.ƏMİRCANOV
XQ