Bessent: ABŞ-Çin ticarət danışıqları dalana dirənib

post-img

ABŞ-ın maliyyə naziri Skott Bessent bildirib ki, ABŞ-Çin ticarət tarifləri danışıqları çıxılmaz vəziyyətə düşüb və bu, prezident Donald Tramp və Çin prezidenti Si Cinpinq arasında telefon danışığını tələb edə bilər. Bu barədə cənab Bessent Fox News-a bildirib.

"Düşünürəm ki, yaxın bir neçə həftə ərzində onlarla daha çox danışıqlar aparacağıq və düşünürəm ki, nə vaxtsa prezident Tramp və Çin prezidenti Cinpin arasında telefon danışığı ola bilər", - Skott Bessent deyib.

Mayın 11-də Cenevrədə ABŞ və Çin arasında iki günlük ticarət danışıqları başa çatıb. Onların nəticələrindən sonra tərəflər "əhəmiyyətli irəliləyiş" və ticarət kəsirinin azaldılmasına dair razılıq əldə etdiklərini elan ediblər.

Aprelin əvvəlində ABŞ bütün Çin mallarına rüsumları 145%-ə qədər artırıb. Çin buna cavab olaraq Amerika mallarına 125 faiz rüsum tətbiq edib. Bloomberg Cenevrədəki danışıqlarda ABŞ və Çinin tariflərin 60%-ə və aşağıya endirilməsini müzakirə edəcəklərini bildirib.

S.ELAY

XQ

Dünya