Amerikalı milyarder İlon Mask ABŞ prezidenti Donald Trampla bağlı bəzi yazılarına görə peşman olduğunu bildirib.
Onun müvafiq mesajı X sosial şəbəkəsində yer alıb.
Milyarderin sözlərinə görə, onun ötən həftə platformada verdiyi bəzi açıqlamalar “həddindən artıq həddini aşıb”.
"Keçən həftə prezident Donald Tramp haqqında yazdığım bəzi yazılara təəssüflənirəm. Onlar həddindən artıq həddi aşıblar", - Mask yazıb.
Xatırladaq ki, mayın 5-də Tramp və Mask arasında ictimai mübahisə baş vermişdi. İyunun 6-da Axios yazmışdı ki, Tramp və Mask arasında münaqişə, əslində, qanun layihəsinin tənqidindən sonra deyil, daha əvvəl yaranmışdı. Nəşrin iddiasına görə, hər şey prezidentin Mask ilə əla münasibəti olan biznesmen Jared Isaacmanın NASA direktoru vəzifəsinə namizədliyini ləğv etməsi ilə başlayıb. İddiaya görə, bu, iyunun 5-də Tramp və Mask arasında mübahisəyə səbəb olub.
S.ELAY
XQ