Misirin "Dünyanın məşhur mətbəxlərinə səyahət" verilişində Azərbaycandan bəhs olunub

post-img

Misirdə sosial şəbəkələrdə fəaliyyət göstərən "Hala Podcast" kanalında "Dünyanın məşhur mətbəxlərinə səyahət" verilişində Azərbaycan haqqında danışılıb.

"Azərbaycanı kəşf et!" layihəsinin rəhbəri Sədaqət Əliəşrəf verilişdə Azərbaycanın təbliği məqsədilə mədəniyyətimiz, adət-ənənələrimiz və milli mətbəximiz haqqında məlumat verib. Soydaşımız Azərbaycanda martın 21-də Novruz bayramının qeyd olunmasından danışıb, bayram xonçasını nümayiş etdirib. O, həmçinin bayramda hazırlanan müxtəlif növ təamlardan danışıb. 

Verilişi aşağıdakı linkdən izləmək mümkündür:

https://youtu.be/8utb-yfsQOY?si=BsfRPvx5WZSkYN-J 

Dünya