Rusiyanın nəqliyyat naziri vəzifəsindən azad edilib

post-img

RF Prezidenti Vladimir Putin Roman Starovoytun nəqliyyat naziri vəzifəsindən azad edilməsi haqqında fərman imzalayıb. Sənəd 7 iyul tarixlidir. O, imzalandığı gündən qüvvəyə minir. İstefanın səbəbi açıqlanmır. 

Məlumatı “Kommersant” verib. 

Fərmanın mətni iki bənddən ibarətdir. Birincidə cənab Starovoytun tutduğu vəzifədən azad edildiyi, ikincidə isə sənədin qüvvəyə minəcəyi vaxt göstərilir. Fərman Moskva vaxtı ilə saat 09:15-də Kremlin saytında dərc olunub. 

Dövlət Duması 2024-cü il mayın 14-də Roman Starovoytu nəqliyyat naziri vəzifəsinə təsdiqləyib. Bundan əvvəl o, 2018-ci ilin oktyabr ayından Kursk vilayətinə rəhbərlik edib. 2012-ci ildən 2018-ci ilə qədər Rosavtodora rəhbərlik edib. “Qubernatorlar məktəbi”nin məzunu.

P.ƏMİRCANOV
XQ

Dünya