Ukrayna Ali Radası Yuliya Sviridenkonun baş nazir postuna təyin edilməsinə səs verib. Xalq deputatı Yaroslav Jeleznyakın Telegram-da verdiyi məlumata görə, 262 xalq deputatı Sviridenkonun bu vəzifəyə təyin olunmasını dəstəkləyib.
Məlumatı “Anadolu” verib.
Yuliya Sviridenko Ukraynanın 19-cu baş naziri və bu vəzifəni tutan ikinci qadındır. 2019-2020-ci illərdə Yuliya Sviridenko iqtisadi inkişaf, ticarət və kənd təsərrüfatı nazirinin müavini və birinci müavini olub.
Ukrayna prezidentinin 22 dekabr 2020-ci il tarixli sərəncamı ilə o, Prezident Aparatı rəhbərinin müavini təyin edilib.
2021-ci il noyabrın 4-də Ali Rada Yuliya Sviridenkonu baş nazirin birinci müavini – iqtisadiyyat naziri təyin edib.
P.ƏMİRCANOV
XQ